У нас вы можете посмотреть бесплатно Böyük Yaxın Şərqin tək varisi ermənilərdir? - QARABAĞ XRONİKASI или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Böyük Yaxın Şərqin tək varisi ermənilərdir? - QARABAĞ XRONİKASI “Qarabağ xronikası” verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin aparıcısı, hərbi jurnalist Fərdin İsazadə budəfəki buraxılışda Xankəndinin ən hündür nöqtəsi – Kərkicahan qəsəbəsinin Yağlıtəpə yüksəkliyində ermənilər tərəfindən inşa olunan nəhəng kompleksdən bəhs edib. Bildirilib ki, tikintisi tamamlanmayan bu kompleksin inşasına erməniəsilli rusiyalı milyonçu Simon Petrosyanın ideyası və dəstəyi ilə 2007-ci ildə start verilmişdi: “Amma alınmadı. İkinci Qarabağ müharibəsindən sonra separatçı zümrə burada aparılan işləri dayandırmaq məcburiyyətində qaldı. Sahəsi 3 min kvadratmetr olan bu kompleks erməni mətbuatında cürbəcür formalarda təqdim olunurdu – idman və mədəniyyət mərkəzi, yüksək səviyyəli görüşlərin, konfransların və digər tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan məkan, bəzi mənbələrə görə isə hətta qondarma rejim başçısının iqamətgahı kimi. İnşaat işləri tamamlandıqdan sonra burada mehmanxana kompleksi, restoranlar və digər iaşə obyektlərinin də fəaliyyəti planlaşdırılırdı”. Qeyd edilib ki, bu məlumatlar erməni mənbələrinə əsaslanır: “Tam əminliklə deyə bilərik ki, bu ərazidə sıradan bir idman və mədəniyyət və ya digər kompleks yaradılmırdı. Burada Qarabağı beynəlxalq müstəvidə erməni torpağı kimi tanıtdırmaq məqsədi daşıyan genişmiqyaslı siyasi və dini-ideoloji layihə icra edilirdi”. Jurnalistin sözlərinə görə, təpənin üstündə inşa edilən bu kompleks ilk baxışdan kilsə atributuna aid olan bir keşiş əsasına bənzər quruluşu ilə diqqəti cəlb edir: “Bu, kilsəyə aid yeganə simvol deyil. Kompleksin tam mərkəzində iri bir xaçın olduğunu da görürük. Dəmir Aşot, İkinci Aşot, şahənşah və digər epitetlərlə təqdim edilən personaja aid simvol. Erməni toplumu bu xaçı müqəddəsləşdirərək özlərinin xristian-hərbi relikviyası kimi təqdim edir. Xristian ənənəsində müxtəlif interpretasiyalar – “həyat yaradan xaç”, “həqiqi xaç”, “Rəbbin xaçı” və ya “həyat yaradan ağac” kimi tanınan daha bir element. Xristian doqmatikasına görə, bu, İsa Məsihin çarmıxa çəkildiyi xaçdır və xristianlığın ən mühüm relikviyalarına aiddir. Bu elementlərlə erməni ideoloqları Qarabağın xristian keçmişini önə çəkib, bölgənin xristian köklərinin yalnız erməni kilsəsinə aid olduğu təəssüratını yaratmağa çalışıblar”. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber / baku.tv / bakutvofficial https://www.baku.tv ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI QAPQARA ➧ • QAPQARA AYDIN TARİX ➧ • AYDIN TARİX ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir? O VAXTLAR ➧ • O VAXTLAR SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK BAKU MED ➧ • BAKU MED RƏSMİLƏR ➧ • RƏSMİLƏR BAKU AKTUAL ➧ • BAKU AKTUAL RETRO BAKU ➧ • RETRO BAKU ARAŞDIRMA ➧ • ARAŞDIRMA 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİKASI Böyük Yaxın Şərqin tək varisi ermənilərdir? - QARABAĞ XRONİKASI 2025 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ 00:00 - Giriş 02:22 - Xankəndinin ən hündür nöqtəsi - Kərkicahan qəsəbəsinin Yağlıtəpə yüksəkliyi 04:15 - Bu kompleks ilk baxışdan kilsə atributikasına aid olan bir keşiş əsasına bənzəyir 06:11 - Bu amulet Günəş sisteminin modelidir. Arxeoloji artefakt tunc dövrünə və Etiun qəbilələrinə aiddir 08:36 - Akkad dilindən tərcümədə Zikkurat - “yüksəklik”, “yüksək yer” mənasını verir 10:45 - Bu sütunlar eyni zamanda ermənilərin özlərinə aid etdikləri 4 "müstəqil" erməni çarlığını və onlara rəhbərlik edən 4 sülaləni simvolizə edir 12:48 - Xaçın mərkəzinə sancılan bu xəncər isə, bu torpaqların üstünə də, altına da sahiblik iddialarından xəbər verir #bakutv #qarabağxronikası #xankəndi #kərkicahan #yağlıtəpəyüksəkliyi #yaxınşərq #kompleks #saxtatarix #xaç #xəncər #kilsə #xristian #zikkurat #ermənilər