У нас вы можете посмотреть бесплатно ŞİRİN "ZƏHƏR" - QISAMETRAJLI FİLM - KADRNOVA VERSİYASI (2024) или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Loqlayn: Məsuliyyətsiz bir market sahibinin, marketində saxladğı köhnə məhsullardan birini hələ də atmadığı üçün faciəvi nəticəsini yaşamalı olur. Sinopsis: Market sahib bir ata, illərlə kiçik marketində satıcı kimi çalışsa da, işinə və müştərilərə laqeyd yanaşan biridir. Günlərin birində, müştərilərdən biri ona köhnəlmiş şirniyyatları marketdən kənara atmağını tövsiyə etsə də, Market sahibi məsləhətə məhəl qoymur və özünü toxunulmaz hesab edir. O, işinə davam edərək, marketdə hər şeyə əhəmiyyətsiz yanaşmağa davam edir. Ancaq hər şey onun kiçik oğlunun həmin köhnə şirniyyatlardan yeməsiylə dəyişir. Sevinclə ona şokolad verən ata, gözlənilmədən oğlunun yerə yıxılmasının şahidi olur. Uşaq xəstəxanada dünyasını dəyişir və market sahibinin həkimdən aldığı acı xəbərlə sarsılır – köhnəlmiş şirniyyat oğlunun ölümünə səbəb olur. Market sahibi, müştərinin "Buna görə bir gün başın pis bəlaya girəcək" sözlərini xatırlayaraq öz vicdanı ilə üz-üzə qalır. Market sahibinin peşmanlıq dolu tənhalığı ekrana hakim olur – həyatı bir anda mənasızlaşır və səhvlərinin ağırlığı onu boğur. Film, peşmanlığın ağırlığı altında əzilən bir insanın taleyini təsvir edərək, sadə bir seçim və onun faciəvi nəticəsi arasında incə bir əlaqə yaradır. Rejissorun mesajı: Ümumilikdə, rejissor bu film vasitəsilə məsuliyyət, sevgi və laqeydlik mövzusunda düşündürücü bir hekayə yaradır və izləyicini gündəlik həyatdakı kiçik seçimlərin böyük təsirlərinə diqqət yetirməyə çağırır. Rejissor və Ssenari müəllifi: Ruslan İbrahimli. İkinci rejssor: Rüfət Abbasov. Təsvir rejissoru: Cavid Quliyev Rollarda: Rüfət Abbasov, Şamxal Quliyev, İsmayıl Abbasov, Məhərrəm Hacıyev, Sadiq Əliyev və Ümid Əliyev. Musiqi: Suno.AI Filmdə istifadə edilən mahnı: Rübail Azimov - Yalan Dünya (film üçün xüsusi hazırlanmış fərqli versiyalarda). Janr: Dram, Sosial tənqid. Kateqoriya: Qısa film, Festival filmi, Psixoloji dram, Ailə dramı. Xronometraj: 00:13:47. Tamamlanma tarixi: 04.11.2024. İstehsal: Ruslan İbrahimli Film Studiyası və Kadr Nova Prodaction ortaq istehsalı. Ölkə: Azərbaycan. Büdcə: 350 AZN (205,88 $). Ölçü aspekti nisbəti: 16:9. Ölçü keyfiyyəti: 4K. Film rəngi: Rəngli. Çəkiliş formatı: Sony a6300, digital, 4K UHD, 24 fps, XAVC S, rəngli, APS-C (23.5mm x 15.6mm) ölçüsündə sensor. azerbaycan film, azerbaycan filmleri, azerbaycan filmleri yeni, azerbaycan filmi yeni, azerbaycan film 2024, azerbaycan kino, azerbaycan kısa film, azerbaycan qisa film, azərbaycan qısametrajlı film, azerbaijan short film