У нас вы можете посмотреть бесплатно PAYLAŞ! YENİ ARAŞDIRMA! Ay millət, metronun qiyməti qalxır! Oğurlanan milyonlar hara gedir? FAKTLAR! или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Mütləq bax!🇦🇿✌️ACGÖZ məmuru ifşa edirik! Görün ölkəni kimlər idarə edir...Yeni faktlar! Biz yatırıq, ölkəmiz isə əldən gedir...Bu yaxınlarda metronun gediş haqqı qalxacaq? İnanmırsız❓❗️Yerlatı dünyanın kralı Zaur Hüseynovun dəbdəbəli həyatı. Hüquq muhafizə orqanları bunları niyə görmür? Metropoliten rəisi Zaur Hüseynovun rəsmi maaşı 2000 AZNdir. 2000 manat maaşla yaşayan adam bir neçə milyonluq maşın qarajına necə sahib olub?👇 Biz araşdırıb tapa biliriksə Baş Prokurorluq niyə bu korrupsiya faktlarını araşdırmır? Niyə vəzifəli şəxslər cinayət törədirlər və buna göz yumulur? Deputat Adil Əliyev deyir ki, ay kasıb camaat YAŞAT fonduna 10 manatdan köçürün. Deputat Adil Əliyev niyə demir ki, ay gözü doymayan məmurlar hərəniz ailənizə məxsus olan 1 maşını satıb pulu YAŞAT Fonduna köçürün? 🇦🇿Millət borc içində batdığı vaxtda bunlar dəyəri milyonlarla ölçülən maşınlar sürürlər... 👉Daha bir qudurğan məmuru araşdırıb sizlərə təqdim edirik. Bu dəfə yeraltı dünyanın kralı, Bakı Metropoliteninin rəisi Zaur Hüseynovun xalqdan oğurladığı milyonları tapmışıq💵🇦🇿 👉Bu adam 2014 cü ildə Bakı metropoliteninin rəisi vəzifəsinə gətirilib. Vəzifəyə gələndən 1 il sonra yəni 2015-ci ildə, Zaur Hüseynovun həyat yoldaşı Lalə artıq özünə qiyməti 150.000 AZN Porsche Cayenne almışdır (90-LL-090), oğlu Həbib Hüseynov isə həmin vaxtlar Chevrolet Camaro markalı maşınında fırlanırdı (90-HH-090) Metropoliten rəisinin aylıq maaşı 2000 AZN-dir. Öz ailə üzvlərinə bu bahalı maşınları hansı pulla alıb? Çıxıb açıqlama verə bilər? ✌️ 👉2018-ci ildə metronun gediş haqqı qaldırıldı. Və o zaman Zaur Hüseynovun oğlu Həbib Hüseynov artıq maşınını dəyişdirib, özünə yeni Mesrsedes Benz G63 AMG almışdır. Bakı küçələrində yenə özünə məxsus nömrə nişanı ilə fırlanır (90-HH-090). Maşının içində olan şəxs Həbibdir📸 👉Axtarışlarımız davam edib. Və 2020-ci ildə biz Metropoliteninin rəisi Zaur Hüseymovun öz şəxsi maşınını tapmışıq. Bu, qiyməti 255.000 AZN olan Range Rover Velar Byron markalı 90-ZZ-090 dövlət nömrəli maşındır. Eyni anda biz Zaur Hüseynovun həyat yoldaşı Lalənin təzə maşınını da təsadüfən tapırıq, çünki maşın dayanacağında ər-arvad maşınlarını yan yana saxlayır. Həyat yoldaşı 2020-ci ildə qiyməti 240.000 AZN olan Range Rover maşını sürüb. ❗️💵Ər-arvad-oğul hələ biz araşdırıb ortaya çıxartdığımız dəyəri 1 milyon manat olan maşınları sürür. Sual yaranır? Təkcə öz şəxsi maşınlarına 1 milyon manat xərcləyən Metropoliten rəisi Zaur Hüseynovda bu qədər pul hardandır? Əlbəttə xalqın cibindən oğurlanan pullar hesabına özünə dəbdəbəli həyat qurur. Korrupsiya! 👉Və nəhayət, 2020-ci ildə Range Rover sürən həyat yoldaşı Lalə xanım 2021-ci ildə özünə 300.000 AZN-lik Porsche Cayene turbo S alır yenə də özünə məxsus 90-LL-090 nömrə ilə. Təsəvvür edirsiz? Metropoliteninin rəisi Zaur Hüseynovun ailə üzvləri hər il özlərinə bahalı maşınlar alıb kef edirlər. Biz susduqça, bu oğrular dövlət büdcəsini dədə malı kimi talayacaqlar!❌🇦🇿 👉Hüquq muhafizə orqanları bir az diribaş olub, metro rəisi Zaur Hüseynovun ailəsi hansı hoqqalardan çıxır onu vaxtında araşdırsa idi bilərdi metro niyə ziyana işləyir💵 Faktlar "SANCAQ MEDİA GROUP" tərəfindən yoxlanılıb. Müəllif hüquqları qorunmalıdır! Mehman Hüseynov rəsmi Facebook: / mehman.irfs Instagram: / sancaq.production SANCAQ facebook: / sancaq.biz Youtube: / mehmanhuseynovofficial