У нас вы можете посмотреть бесплатно Ögey anasını öld*rdü, meyiti maşının baqajına qoyanda qohumları qonaq gəldi - Bakıda dəhşət... или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
2021-ci ci ilin martın 25-i Biləcəri qəsəbəsi, Aslanov küçəsi, döngə 12 ünvanında yerləşən nömrəsiz evdə yaşayan 1979-cu il təvəllüdlü Qərənfil Baxşəliyeva qəfil yoxa çıxır. Həmin saatlarda onun həyat yoldaşı Firdosi Məmmədov Səngəçalda qəsəbəsində qazanxanada operator işləyirmış. O, iki gündən bir növbədə olurdu. Növbədə olduğu zaman axşam saatlarında həyat yoldaşına dəfələrlə zəng edir, telefona zəng çatsa da, yoldaşı telefonu açmır. Həmən öz qardaşına və arvadının qohumlarına zəng edir. Deyir ki, təcili evlərinə getsinlər, görsünlər, Qərənfil hardadır. Qohumlar arasında xəbərləşmə başlayıb və hərə özlüyündə onun hara gedə biləcəyini düşünməyə çalışıb. Bu arada bir məqam da onun yoldaşını tamam çaşdırır. Firdovsi Məmmədovda bu çaşqınlıq Qərənfilin öz bacısına telefonda cavab verməsindən sonra yaranır. O, bacısına, “namaz qılım, gələcəm” cavabını yazıb. Ərinə cavab verməyib bacısına cavab verən Qərənfilin bu əməli bizə çox da təəccüblü görünməyə bilər, lakin arvadının heç vaxt mesaj yazmadığını, yalnız WhatsAppda yalnız zəngetmə funksiyasından istifadə etməyi bacardığını bilən həyat yoldaşı Firdovsi Məmmədov dərhal şübhələnir. Firdovsi Məmmədov Qərənfil Baxışəliyevlə qısa müddət əvvəl evlənmişdi. Onun ilk həyat yoldaşı Fövqiyyə Musayeva onkoloji xəstəlikdən vəfat edəndən sonra, Firdovsi Qərənfil Baxşəliyeva ilə qeyri-rəsmi ailə həyatı qurmuşdu. Bu da nəsillərində bəzi insanlar tərəfindən çox da yaxşı qəbul olunmurdu. Lakin bütün bunlar fərziyyələrdir, fakt bu idi ki, məğrib namazında qadın yoxa çıxmışdı. İtən Qərənfilin yaxını Oruc Baxşəliyev deyir ki, bacısı Qərənfil Baxşəliyeva 2015-ci ildə Türkiyədə həmkəndliləri Samit Məmmədovla ailə həyatı qurub. Həmin vaxtlar onun valideynləri digər bacı-qardaşları ilə birlikdə İstanbul şəhərində yaşayıblar. Uşaqları olmadığına görə 2017-ci ildə bacısı boşanıb. 2019-cu ildə Qərənfil Firdovsi Məmmədovla qeyri-rəsmi ailə həyatı qurub və Bakı şəhərinə köçüb. Qərənfilin sözlərinə görə, yoldaşının birinci nikahdan olan qızı Günay əri Həmzə ilə yaşadıqları evə köçdükdən sonra aralarında mülklə bağlı mübahisələri yaranıb. Bu arada qeyd edək ki, itkin hesab olunan Qərənfilin həyat yoldaşı Firdosi Məmmədovun qızı və kürəkəni də onlarla bir evdə yaşayırlar. Onlar əvvəlcə başqa ünvanda yaşasalar da anasının ölümü və atasının başqa qadınla evlənməsindən sonra Günay və həyat yoldaşı atasının, yəni Həmzənin qayınatasının evinə köçüblər. Onların körpə bir övladları da olub. Beləliklə, Həmzə, yoldaşı Günay, övladı, qayınatası Firdosi və ögey qayınanası Qərənfil bir evdə yaşayıblar. Qərənfilin itkin düşdüyü bu məşum axşama qədər bir neçə dəfə aralarında mübahisələr olub. Xüsusən də Firdosinin qızı Günah analığının evə varis olacağından, anasından yadigar qalan evin başqa adama qala biləcəyindən narahatlığını bildirib. Firdovsi ona evi sataraq ayrı-ayrı evlər almaq istədiyini, bununla da həmin mübahisəyə son qoyacağını deyib. Lakin Günay bununla da razı olmadığını deyib. Həmin axşam isə, təbii ki, Firdosi qardaşına, arvadının yaxınlarına zəng etmədən əvvəl qızına, Günaya zəng edib. Daha doğrusu qızı atasının durmadan arvadının nömrəsinə zəng etdiyini görən Günay analığının telefonunu açaraq atasına cavab verib. Deyib ki, Qərənfil onları təhqir edib, sonra da paltarlarını yığaraq evdən çıxıb harasa gedib. Telefonunu da evdə qoyub. Firdovsi Məmmədov deyir, mən eşidəndə ki, Qərənfil bacısı İmarətlə telefonla əlaqə saxladıqda ona “namaz qılım, gələcəm” məzmunlu mesaj yazıb, onda şübhələndim. Çünki arvadım heç kimə mesaj yazmayıb, o, “WhatsApp”la yalnız zəng etməyi bacarıb. Firdovsi qohumlarına zəng etdikdən sonra onlar Firdovsinin evinə gəliblər. Görüblər ki, Günayla Həmzə evdədirlər, amma harasa tələsirlər. Onlar Firdovsinin anasının ad gününə tələsdiklərini deyiblər. Qərənfilin isə az əvvəl paltarlarını qırmızı çamadana yığaraq evdən çıxdığını deyiblər. Bundan sonra Günayla Həmzə öz otaqlarının qapısını kilidləyib, evin ümumi açarını da qohumlara verərək təcili evdən çıxıblar… Davamı TV11-də...