У нас вы можете посмотреть бесплатно Yeni Robotik Reabilitasiya Mərkəzi - “Hocoma - Lokomat” yeriş robotu или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Reabilitasiya sahəsində dünyanın ən qabaqcıl texnologiyalarını istifadəyə verən Yeni Robotik Reabilitasiya Mərkəzi pasiyentlərin hərəkət qabiliyyətinin bərpası üçün innovativ yanaşmalar tətbiq etməkdə davam edir. Bu istiqamətdə mərkəzdə istifadəyə verilən ən müasir robotlaşdırılmış sistemlərdən biri “Hocoma - Lokomat” yeriş robotudur. “Hocoma - Lokomat” hazırda dünyanın aparıcı reabilitasiya mərkəzlərində geniş istifadə olunan, pasiyentlərin yenidən ayağa qalxmasına və öz gücü ilə addım atmasına dəstək verən yüksək etibarlı texnoloji həll hesab olunur. Cihazın əsas komponentlərinə robotik ortoz (exoskeleton), tredmill sistemi, bədən çəki dəstəyi və kompüter əsaslı idarəetmə və analiz proqramı daxildir. “Hocoma” tərəfindən hazırlanmış proqram təminatı sayəsində hər bir pasiyent üçün fərdi məşq planı qurulur, məşqlərin intensivliyi və tempinə nəzarət olunur, həmçinin real vaxtda bioloji geribildirim (biofeedback) əldə edilir. Bu, həm fizioterapevtin iş yükünü azaldır, həm də xəstənin motivasiyasını və aktiv iştirakını artırır. Yeni Robotik Reabilitasiya Mərkəzində tətbiq olunan bu texnologiya xüsusilə nevroloji və ortopedik xəstəliklərdən sonra hərəkət funksiyasını itirən pasiyentlərə yönəlib. “Lokomat” sistemi insult, onurğa beyni zədələri, beyin travmaları, uşaq serebral iflici, əzələ distrofiyaları, dağınıq skleroz və müxtəlif ortopedik əməliyyatlardan sonrakı reabilitasiya prosesində mühüm rol oynayır. Pasiyentlərin həyat keyfiyyətinin yüksəldilməsi, onların müstəqil hərəkət qabiliyyətinin bərpası və reabilitasiya prosesinin daha təsirli, təhlükəsiz və elmi əsaslara uyğun şəkildə təşkil edilməsi əsas prioritetlərimizdəndir. #YeniKlinika #TƏBİB #YeniRobotikReabilitasiyaMərkəzi