У нас вы можете посмотреть бесплатно Uzm.Dr.Rəxşəndə Aslanova ilə həftə həftə hamiləlik səyahəti. Hamiləliyin 19. həftəsi. или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
19-cu həftəmizə girdik. Dölümüzün çəkisi artıq 240 q, uzunluğu isə təqribən 15 sm-dir. Bu həftədən etibarən körpə daha sürətlə çəki almağa başlayacaq. Artıq demək olar ki, bütün orqanlar tam formalaşıb. Ona görə bu həftələrdə adətən doppler müayinəsi və detallı skrininq edirik. Artıq dölümüzün bütün bədəni verniks dediyimiz maddə ilə örtülüb. Bu maddə onun dərisini qurumaqdan qoruyur. Verniks həmçinin dölün immun sisteminin bir parçasıdır və onu ətrafdakı infeksiyalardan qoruyur. 19-cu həftədə artıq dərinin bütün qatları formalaşmış olur və yavaş-yavaş dərialtı piy toxuması inkişaf etməyə başlayır. Analarda artıq uşaqlıq göbəkdən hardasa 1 sm aşağıya qədər böyümüş olur. Bel, fəqərə ağrılarından şikayət edən hamilələrə əzələləri gücləndirmək məqsədilə üzgüçülük, pilates, hamiləlik yoqası ilə məşğul olmağı tövsiyə edirik. Bu həftələrdə də öncəki həftədə olduğu kimi analar kalsium, kalium əsaslı qidalar və bol maye qəbul etməlidilər... Hamiləliyin 19-cu həftəsində baş verən bu və digər dəyişikliklər barədə daha ətraflı məlumat almaq üçün videonu izləyin. Məni izləyin: / dr.rahshanda / vaginizm_mualice_merkezi / uzmra https://rexshendeaslanova.az/ 🏥Baku Medical Plaza Mərkəz filialı 📞0552260635