У нас вы можете посмотреть бесплатно QARIN PİYLƏRİNİ bu üsulla əridin - Vakuum Hərəkəti или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#BirBax #Qarın #Piy İnsanların əksəriyyəti bu gün böyük görünüşlü qarın piylərini əritmək üçün ya ac qalır, ya da bahalı idman salonlarına gedirlər. Pul da gedir, vaxt da. Amma qarın ərimir ki ərimir. Bu gün sizə 1 manat belə xərcləmədən, ev şəraitində qarın piylərindən qurtulmağın ən asan və sınanmış yolunu göstərəcəyik. 10 minlərlə insanı qarın piylərindən xilas edən bu üsul əminik ki sizin də işinizə yarayacaq. Üstəlik, videoya sonuna kimi baxsanız, dahi aktyor Arnold Şvarsnegerin də yararlandığı vakkum üsulunu öyrənəcəksiniz. Diqqətiniz bizdə olsun. Videomuz Başlayır. Bəzən müxtəlif məşq prosesləri qarın nahiyəsini əritməyə kömək etmir. Saatlarla idman zalında tər töküb, əziyyət çəksək də qarnımız yerində qalır. Sadə bir üsul, üstəlik evdə edəcəyiniz yüngül məşqlər vakkum adlanır. Qarnımızı vakkum üsuli ilə rahatlıqla , heç yerə getmədən əridə bilərik. Sınanmış üsuldur. Əfsanəvi amerikalı aktyor, terminator ləqəbli Arnold Şvarsneger məhz bu üsul ilə qarnını mütəmadi olaraq formada saxladığını dəfələrlə müsahibələrində deyib. Vakkum üsulu sizin qarnınızı dartacaq, əzələləriniz bərkiyəcək, artıq yağlarını gedəcək. Bu üsulun tarixi çox qədimə gedir. Onu ilk dəfə yoqa məşğələlərinə daxil ediblər. Lakin son illərdə bu məşğələ çox məşhurlaşıb. Və hər keçən gün onu müxtəlif məşq proqramlarına daxil edirlər. Xüsusilə qarın sallanması zamanı çox effektiv təsirə malikdir. Üstəlik belin incəldilməsi üçün də maksimum təsir gücünə sahibdir. Təkcə qarına yox , həm də belinizə gözəl şəkil verəcək bu vakkum üsulu. İndi isə vakkum üsulunun düzgün tətbiqi qaydasını göstərək. Əvvəlcə onu qeyd edək ki, vakkum üsulu təkcə sizin qarın piyləriniz əritməklə qalmayacaq, o həm də həzm sistemini normallaşdıracaq, qarında köpü aradan qaldıracaq, əzələlərinizi işlədəcək, limfalara yaxşı təsir edəcək. Çünki limfaların işi bir başa əzələlərlə bağlıdır. Bütün bunlardan başqa vakkum üsulu orqanizmin qan dövranına da müsbət təsir edəcək. Bəs bu üsulun düzgün taktikası necədir.?? İdnmanla sıx məşğul olmayanlar mütləq əllərini və dizlərini döşəməyə dayayaraq məşğələlərə başlaya bilər.Bu bizim qarın nahiyəmizi maksimim dərəcədə yüngülləşdirəcək. Mütəmadi fiziki hərəkətlər dənlər, idman salonlarına gedənlər isə bir qədər fərqli texnikada vakkumu sınaya bilər. Bunun üçün oturaq halda,ayaqları önümüzə doğru yığaraq edə bilərik. Bir növ iki ayağımız qatlayaraq. Və yaxud ayaqlarımızı arxaya doğru yığıb, əlimizi dizimizə qoyaraq. Beləliklə təkrarlayaq.. yeni başlayanlar əllərimizi və dizimizi yerə qoymaqla, digərləri- daha aktiv həyat tərzi olanalar isə oturaq vəziyyətdə ayaqlarımız qatlanmış, əllər dizlərdə. Vəziyyət aldıqdan sonra isə aram aram tələsmədən, ağciyərlərimizin nəfəsimizi hiss ediyi qədər, ventilyasiya etdirərək, qarnımızı irəli və önə, asta asta nəfəs alaraq, vakkum halında...Bu hərəkətləri davam etdirərk tempi artırıb sonda dərin nəfəs alara qarnımız tam arxaya yığaraq davam etdirirk. Son hərəkətləri bir neçə saniyə saxlamaqla edirik. Nəfəsimiz tam bitirənə kimi etməyə, qarnımıza və əzələlərə əziyyət verməyə ehtiyac olmadan. Bir şeyi mütləq yadda saxlayın, qətiyyən hərəkətləri çoxaltmaq və ya bədəni gücə salmağa ehtiyac yoxdur. Aram aram, asta asta.. xüsusi çətinliyə varmadan edirik. Vakkuma oturaq başlayıb bir müddətdən sonra ayaq üstü vəziyyətdə davam edə bilərsiniz.Lakin ilk aylarda mütləq oturaq etməkdə fayda var. Hər şeyi zamanla təkminləşdirmək lazımdır. Bu texnikanı öz orqanizminizə uyğun, fiziki gücünüzü nəzərə alaraq etməlisiniz. Vakkum məşqlərini günün hansı saatlarında etməliyik?? Suala cavab vermək çox da çətin deyil..Mütləq qaydada ac qarına , səhər saatlarında..Üstəlik mütəmadi şəkildə, ara vermədən. Bu halda siz maksimal effekt alacaqsınız. Gündə bir neçə dəfə etmək isə birmənalı şəklidə tövsiyə edilmir. İstənilən halda əzələlərə gün ərzində mütləq dinclik vermək lazımdır. Gün ərzində bir neçə dəfə etməklə boş yerə əzələlərinizi yandıra bilərsiniz. Bəzi ekspertlər hətta bu məşğələləri bir gündən bir etməyi məsləhət görür. Hər halda bu hər bir fərdin fiziki vəziyyətinizə görə dəyişir. Bu günlük bizdən bu qədər..