У нас вы можете посмотреть бесплатно XARİCDƏ AZƏRBAYCANI TANIDAN HƏKİMLƏRİMİZ или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Türkiyədə təhsil alarkən Afrikada könüllü fəaliyyət göstərən həmkarlarından nümunə götürən Mehriban Əlizadə ilk dəfə 2018-ci ildə Nigerdə bir neçə ay xəstəxanada işləyib. İki həftə ərzində çox gərgin iş qrafikində işləyən Mehriban gün ərzində 50-70 xəstəni müayinə edib. Kiçik qrup şəklində Türkiyədən ezam olunan könüllü həkimlər heyətində Afrikaya gedən həkim kiçik əməliyyatlar da icra edirmiş. 2019-cu ildə yenidən missiyanın tərkibində Nigerə gedən Mehriban həkim gələcəkdə də könüllü işini davam etdirmək niyyətindədir. 8 ildir Almaniyada kardioloq işləyən Firudun QurbanovAzərbaycan Tibb Universitetində oxuyub, Almaniyada Köln Universitetinin ürək mərkəzində diplomdan sonrakı təhsil alıb. 5 ildir ki, Zigerland Diaqonik klinikasında həkim-kardioloq işləyən Firudun Azərbaycan diaspor fəaliyyətində də yaxından iştirak edir. Gənc həkim bu illər ərzində minlərlə almana doğma vətənini tanıtmağa çalışıb. Firudun Bakıda keçirilən Medinex sərgisi çərçivəsində keçirilən “Bizimkilər” sessiyasında çıxış edib. Azərbaycan təmsil etməkdən qürur duyduğunu deyən Firudun Qurbanov ölkəsində səhiyyənin inkişafına töhfə vermək üçün bir gün mütləq geri dönəcəyini bildirir.