Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Uzman Ginekoloq Dr. İlhamə Eldarova - Zahılıq dövründə nələrə diqqət etməliyik? в хорошем качестве

Uzman Ginekoloq Dr. İlhamə Eldarova - Zahılıq dövründə nələrə diqqət etməliyik? 4 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Uzman Ginekoloq Dr. İlhamə Eldarova - Zahılıq dövründə nələrə diqqət etməliyik?

Zahılıq dövrü qadın həyatında hamiləlik qədər önəmli bir dövrdür. Bu dövrdə qadın həyatında bir çox dəyişikliklər baş verir. Necə ki hamiləlik dövründə hprmonlar çox yüksək səviyyəyə qalxır, qadın analığa hazırlaşır, amma ana olduqdan sobra bu proseslər tamamən başqa yöndə dəyişir. Bu dövr çox önəmlidir qadın həyatında. İlk növbədə fizeolojik baxımdan dəyişiklik olur. Doğumdan sonra ilk dövrlərdə bəlli miqdar qanaxmalar olur. Bunlar normaldır, yəni az-az miqdarda qanaxma bəlli bir müddətdə olur, sonra tamamən kəsilir. Qadın laktasya süd əmizdirmə olursa, əmizdirirsə, bir müddətdən sonra tamamən qanaxmalar kəsilir. Bəzən çox bizə müraciət edirlər, məsələn, 6 ay ərzində hələ qanaxması, aybaşısı başlamayan qadınlar bunlar normaldır. Əgər bir qadın stabil aralıq ilə əmizdirirsə, bir müddət aybaşı olmaya bilər. Bunlar normaldır, amma hamiləlikdən qorunmaq üçün 6 ay əmizdirmə güvənlidir. Amma 6 aydan sonra biz mütləq xəstələrə hamilə qalmamaq üçün əlavə qorunma metodunu tövsiyə edirik. Döşlərə qulluq çox önəmlidir, bəzən hamiləlikdə döşlərdə şişlik, masted infeksiyalar ola bilər. Bizə çox müraciət edirlər əgər aralıqla, fasilələrlə əmizdirirsə, bəzən süd yığıla bilər südvəzində və süd vəzində Laktostas deyilən vəziyyət əmələ gəlir. Çox vaxt bu xəstələrdə məmədə dolğunluq qızdırma ilə müşahidə edilir. Bəzən belə vəziyyətdə xəstəyə süd kəsici dərmanlar verirlər. Ancaq bu dəqiqliklə məsləhət deyil. Belə vəziyyət olduqda mütləq süd vəzi masaj edilərək, pompalala sağılır, boşaldılır və uyğun müalicə ilə qadın normal əmizdirmə həyatına davam edir. Əgər bir qadın 3-4 saat aralıqlarla əmizdirərsə, süd verərsə, onsuzda süd vəzində bu qədər dolğunluq olmaz. Qızdırma çox önəmlidir zahılıq dövründə ən çox riskli hallardan biridir. Qızdırmanın səbəbi mütləq araşdırılmalıdır. Bu qızdırma nəyə bağlıdır? Çox vaxt vaginal infeksiyalara bağlı olaraq doğumdan sonra özəlliklə ilk 24-36 saat ərzində qızdırma, temperatur yüksələ bilər. Özəlliklə 38 dərəcənin üzərində olması zahılıq dövründə çox önəmlidir. Mütləq baxırıq nyə bağlıdır, qızdırmanın səbəbi nədir. Dediyimiz kimi bzən vaginal infeksiyalar bağlı bəzən infeksiyanın yuxarı yolla qalxan yolla uşaqlıq daxili qatına yoluxması endometrit deyilən bir vəziyyət əmələ gələ bilər. Çanaq orqanlarında yayıla bilib apseslər əmələ gələ bilər infeksiya ocaqları. Bəzən gec müddətdə 1 həftə, 10 gün sonra qızdırma ola bilər. Bu zaman da döşün müayinəsi şərtdir. Laktasiya dövründə az öncə də qeyd etdiyim döşdə durğunluq, mastit əlamətləri bunlar da qızdırma verə bilər. Əgər keysəriyyə ilə doğum, cərrahiyyə olubsa, mütləq yara yeri müayinəsi şərtdir. Bəzən yara yerində iltihabi proses ola bilər. Özəlliklə kök qadınlarda, yara qulluğunu yaxşı etməyən qadınlarda yara yeri infeksiyaları ola bilər. Bunlar da qızdırmanı yüksəldə bilər. Ona görə mütləq yara yeri müayinəsi ciddi edilməlidir. Normal vaginal yolla doğan qadınlarda vaginal ... olubsa, epizotomi icra olunubsa, bəzən epizotomidə də infeksiya prosesi ola bilər. Bu da zahılarda qızdırmaya səbəb ola bilər. Bundan başqa psixoloji dəyişiklik çox önəmlidir. Zahılıq dönəmi həssaslığın artması, özəlliklə 6 həftə nəzərə alırıq zahılığı, 40 gün, doğumdan sonrakı 40 gün bu dövrdə qadınlar psixolojik olaraq labil olurlar, həssas olurlar. Ən cüzi bir şeyə aşırı sərt reaksiya verə bilərlər. Ona görə bu dövrdə qadınlara psixolojik dəstək çox önəmlidir. Onsuzda yuxusuz gecələr yeni doğan qulluğu çətin bir dövrdür. Bu dövrdə qadınlara psixolojik dəstək lazımdır. Çünki bəzən çox ağır depresiya keçirən qadınlar olur. Hətta biz psixiatr dəstəyi istəyirik bu dönəmdə. Amma o səviyyəyə gəlməsin deyə mütəq ailə dəstəyi çox önəmlidir. Cərrahi yolla doğan qadınlara fiziki həm də fiziki dəstək önəmlidir. Yeni doğanın baxımı üçün qadının özünün zahının baxımına mütləq bir dəstək tövsiyyə edilir ki, bu psixolojik müddəti dəf edə bilsin. 6 həftədən sonra hormonlar ümumilikdə əvvəlki vəziyyətinə qayıdır, qadın özünü güvəndə hiss edir özünü yeni həyata öyrəşdirir. Bu adaptasiya müddətində bu proseslər keçicidir və bunlar sonra tamamilə yeni həyatına dönür. Zahılıq dövrü qadın həyatında hamiləlik qədər önəmli bir dövrdür. Bu dövrdə qadın həyatında bir çox dəyişikliklər baş verir. Necə ki hamiləlik dövründə hprmonlar çox yüksək səviyyəyə qalxır, qadın analığa hazırlaşır, amma ana olduqdan sobra bu proseslər tamamən başqa yöndə dəyişir. Bu dövr çox önəmlidir qadın həyatında. İlk növbədə fizeolojik baxımdan dəyişiklik olur. Doğumdan sonra ilk dövrlərdə bəlli miqdar qanaxmalar olur. Bunlar normaldır, yəni az-az miqdarda qanaxma bəlli bir müddətdə olur, sonra tamamən kəsilir. Qadın laktasya süd əmizdirmə olursa, əmizdirirsə, bir müddətdən sonra tamamən qanaxmalar kəsilir. Bəzən çox bizə müraciət edirlər, məsələn 6 ay ərzində hələ qanaxması, aybaşısı başlamayan qadınlar bunlar normaldır. Əgər bir qadın stabil aralıq ilə əmizdirirsə, bir müddət aybaşı olmaya bilər. Bunlar normaldır, amma hamiləlikdən qorunmaq üçün 6 ay əmizdirmə güvənlidir. (ardı videoda)

Comments