У нас вы можете посмотреть бесплатно Nehrəmli qız - Zəroş Həmzəyeva или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Zəroş Mirzəbağır qızı Həmzəyeva (Zəroş Həmzəyeva) Azərbaycannın görkəmli teatr və kino aktrisası, Azərbaycan SSR Xalq Artisti (1967) Şöhrət ordenli (2002)‚ Prezidentin fəxri təqaüdçüsü (1995). Zəroş Mirzəbağır qızı Həmzəyeva 22 mart 1925-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində doğulub. Qızlıq soyadı Əliyevadır. Məşhur aktyor və rejissor İbrahim Həmzəyevlə ailə həyatı qurandan sonra "Həmzəyeva" soyadını daşıyıb. Aktrisa kimi də məhz "Zəroş Həmzəyeva" kimi məşhurlaşıb. Zəroş Həmzəyevanın atası dövrünün tanınmış ziyalılarından olub. O, qızının təhsil almasına xüsusi səy göstərib. Anası Əfşan xanım Makulu İrəvanın tanınmış kübarlarından olan İbrahim xanın qızıdır. İbrahim xan poeziyaya və musiqiyə rəğbət bəsləyib. Zəroş xanım orta təhsili Nehrəm kəndində alıb. Doqquz-on yaşlarından şeir söyləməyə, deklamasiyaya meyil göstərib. Məktəbin dram dərnəyində çıxış edib. Səhnəyə ilk dəfə 1941-ci ildə, on altı yaşında çıxıb. Onu peşəkar səhnəyə İbrahim Həmzəyev cəlb edib. İlk səhnə obrazı kimi Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" ("Yağışdan çıxdıq, yağmura düşdük") komediyasında Yetər rolunu oynayıb. Zəroş Həmzəyeva dramaturq Cəfər Cabbarlının qadın qəhrərnanlarının ən yaxşı ifaçılarından sayılır. O, müxtəlif illərdə və müxtəlif rejissorların quruluşlarında ədibin "Solğun çiçəklər" (Sara), "Nəsrəddin şah" (Sitarə), "Aydın" (Gültəkin), "Sevil" (Sevil), "Almaz" (Almaz və Yaxşı), "1905-ci ildə" (Sona), "Od gəlini" (Solmaz), "Oqtay Eloğlu" (Firəngiz), "Yaşar" (Yaqut) dramlarının tamaşalarında baş rolları ifa edib. Bu rolların bir qisınıni ayrıayrı quruluşlarda təkrarən oynayıb. Aktrisanın baş rollar siyahısında Xumar, Südabə ("Şeyx Sənan" və "Səyavuş", Hüseyn Cavid), Estrelya ("Sevilya ulduzu", Lope de Veqa), Şirin və Məryəm ("Fərhad və Şirin", Səməd Vurğun), Gülcahan ("Nadir şah", Nəriman Nərimanov), Süsən ("Namus", Aleksandr Şirvanzadə), Gülcamal ("Qatır Məmməd", Zeynal Xəlil), Dezdemona ("Otello", Vilyam Şekspir), Zinyət və Zalxa ("Toy", Sabit Rəhman), Məhzəti, İsmət ("Məhsəti" və "İsmət", Kəmalə Ağayeva), Mətanət ("Çicəkli dağ", Məmmədhüseyn Təhmasib), Luiza ("Sahil əməliyyatı", Cəmşid Əmirov), kruçinina ("Günahsız müqəssirlər", Aleksandr Ostrovski) kimi sanballı xarakterlər var. Xarakterik rollar oynamaqda Zəroş Həmzəyeva geniş yaradıcılıq imkanlarına malik idi. Aktrisa əlvan ifadə vasitələri ilə Aqafiya ("Evlənmə", Nikolay Qoqol), Göyərçin ("Ədalət", Bəxtiyar Vahabzadə), Fəxrəndə ("Bayramın birinci günü", Nazim Hikmət), Xuraman ("Vaqif", Səməd Vurğun), Südabə ("Günəş doğur", Əbülfəz Abbasquliyev), Ana ("Ana ürəyi", Islam Səfərli), Həyat ("Həyat", Mirzə İbrahimov), Nazlı ("Nişanlı qız", Sabit Rəhman), Diləfruz ("Odlu diyar", Hüseyn Razi), Reyhan ("Atayevlər ailəsi", İlyas Əfəndiyev), Yeganə ("Ibrahim", Cabbar Məcnunbəyov), Pəri ("Pəri cadu", Əbdurrəhim bəy Haqverdiyev), Mehriban ("Vicdan əzabı" Əlyar Yusifli), Şölə xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Fəxrəndə ("Bayramın birinci günü", Nazim Hikmət), Münəvvər ("Toros canavari", Əziz Nesin), Mirondalina ("Mehmanxana sahibəsi", Karlo Haldoni), At Balaxanım ("Adamın adamı", Anar), Mələk xanım ("İtirilmiş sağlıq", Hüseyn İbrahimov), Zöhrə ("Eşq və intiqam", Süleyman Sani Axundov) rollarını oynayıb. Zəroş xanımın kiçik, lakin ürəyəyatımlı və şirin səsi olub. Buna görə də Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (Leyli və Leylinin anası), "Əsli və Kərəm" (Əsli) operalarında, "Arşın mal alan" (Gülçöhrə, Telli və Asya), "Məşədi İbad" (Gülnaz), Zülfüqar bəy Hacıbəyovun "Evliykən subay" (Pərizad), Süleyman Rüstəm və Səid Rüstəmovun "Durna" (Durna və Lalə), Məcid Şamxalovla Zakir Bağırovun "Qaynana" (Afət) operettalarında əsas partiyaları ifa edib. Onun yüksək səhnə mədəniyyəti və ifadə zənginliyi oynadığı musiqili tamaşa obrazlarına dinamik ritm və emosional təravət verib. Zəroş Həmzəyeva 2004-cü il iyun ayının 6-da Bakıda vəfat edib və ikinci Fəxri xiyabanda dəfn olunub. Sənədli televiziya filminin ssenari müəllifi - Yaqub Əlioğlu Rejissor – Elşən Zeynallı Operator – Mətləb Yaqubov