У нас вы можете посмотреть бесплатно ANAL SAÇAQLARDAN NECƏ QURTULA BİLƏRİK Proktoloq Janna Xudaverdiyeva или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Dr. Janna Xudaverdiyeva Qastroenteroloq, Cərrah Proktoloq, Endoskopist Tel: (055) 828 57 49 Wp: (055) 828 57 49 Facebook: / cehrrahproktoloqjanna İnstaqram: / proktoloq_janna_xudaverdiyeva Whatsapp: wa.link/bzaxvj German Hospital/3 Ismayil Qutkashinly, Baku Proktologiya sahəsinə daxil olan xəstəliklər : -Qəbizlik və ya ishal kimi bağırsağın funksional pozğunluğu -Yoğun bağırsaq, düz bağırsaq və anal nahiyyənin xoşxassəli törəmələri -Poliplər -Hemorroy xəstəliyi və ya babasil -Fistulalar anal, perianal, rektovaginal -Anus və düz bağırsaq çatları -Yoğun bağırsaq iltihabi xəstəlikləri (kolit) -Perianal abseslər -Pilonidal sist ( büzdüm nahiyyəsində tük dönməsi ) - büzdümün dermoid sisti -Düz bağırsağın bəzi infeksiyon xəstəlikləri -Rektal prolapsus – düz bağırsaq sallanması -Anal stenoz ( daralma) Proktoloq kimdir?Düz bağırsaq xəstəlikləri :babasil,anal çat,anal polip,proktit,kəskin və xroniki paraproktit və s xəstəliklər geniş yayılmışdır.Sadalanan xəstəlikləri müayinəsi və müalicəsi ilə məşğul olan mütəxəssis proktoloq adlanır.Proktoloq müayinəni necə aparır və müayinə zamanı ağrı olurmu? Proktoloq tərəfindən aparılan müayinələr aztravmatik və steril şəkildə fərdi alətlərlə və xüsusi ağrıkəsici məlhəm, gellərdən istifadə olunmaqla həyata keçirilməkdədir !Proktoloq müayinədə diaqnostikanı necə aparır? Fiziki müayinə üsulları: Rektal – bimanual müayinə: Anusun əlcək geyinilərək barmaqla icra olunan müayinəsidir.. Bu üsulla həmin nahiyənin bir çox xəstəlikləri əllənərək aşkarlana bilir.Anaskopiya-xüsusi istifadəsi birdəfəlik olan cihazla(anaskopla)anusun müayinəsidir. Endoskopik muayinə üsulları; Rektoskopiya, Proktoskopiya,– xüsusi işıqlandırılan optik cihazla bağırsaq içinin 30 sm qədər görüntülənməsidir. Proktolo tərəfindən əlavə hansı müayinələr təyin edilə bilər?Kolonoskopiya – Yoğun bağırsağın bütün şöbələrinin endoskopla görüntülənməsidir.Əgər bağırsaq müayinəsi (kolonoskopiya) zamanında aparılıb, izlənən poliplər zamanında uzaqlaşdırılırsa, xərçəngdən qurtulmuş oluruq. Xərçəng erkən mərhələdə simptomsuz keçir. 50 yaşı tamamlamış hər bir insan, bağırsaq şikayəti olmasa belə, kolonoskopik müayinədən keçməlidir. Rentgen müayinəsi: Defekoqrafiya – Defekasiya aktının pozulmasını aşkarlayan rentgen müayinəsidir.Anal sallanma, rektosele və ya enterosel kimi bağırsağın sallanması və ya anatomik pozuntusu hallarında mühüm diaqnostik rolu vardlr. Fistuloqrafiya – Anal , perianal nahiyyənin fistulalarının rentgen contrast maddə vurulmaqla renntgen müayinəsidir. İrriqoskopiya və irriqoqrafiya –yoğun bağırsağın bütün şöbələrinin rentgen contrast maddə yeridilməklə rentgen şəklinin çəkilməsi üsuludur. Kompyuter tomoqrafiyası Anal sfinktorun vəziyyətini qiymətləndirən üsullar: Anal manometriya və Anorektal elektromioqrafiya ( EMG) anal nahiyyənin əzələlərinin yığılma gücünü öyrənən üsuldur. Laborator müayinələr; Proktoloq tərəfindən həmçinin Nəcisdə gizli qanın müayinəsi, nəcisin əkilməsi, disbakterioza görə müayinəsi, qanın ümumi analizi, onkomarkerlərin təyini və s. kimi müayinələr aparıla bilər. Proktoloq tərəfindən icra olunan müalicə üsulları: ümumiyyətlə 3 növ fərqli müalicə üsulları tətbiq olunmaqdadır: 1. Konservativ müalicə üsulları – Dərman müalicəsi(həb,məlhəm və şamlar) 2. Xəstəyə hər hansı bir növ anesteziya tələb etməyən manipulyasiya otağında tətbiq olunan üsullar: · İNFRAQIRMIZI KOAQULYASİYA: · BAND LİGASİYASI: Lateks həlqələrin daxili babasillərdə tətbiq olunaraq boğulması. · SKLEROTERAPİYA: Dərman inyeksiyası ilə damarı büzüşdürmə üsulları 3. Proktoloq tərəfindən icra edilən cərrahi əməliyyatlar : · Absesin ( irinliyin) yarılması, · Hemorrid düyünılərinin trombozu zamanl ağrısızlaşma məqsədilə ( xüsusən hamilələrdə ) trombektomiya əməliyyatı · Klassik Hemorroidektomiya, · LİGASURE ilə hemorroidektomiya · Anal çatın kəsilib götürülməsi · LİS - LATERAL İNTERNAL SFİNKTEROTOMİYA əməliyyatı · Polipektomiya · Kondilomaların ləğvi · Anal və perianal fistulaların ləğvi · Dermoid sistin kəsilib götürülməsi – açıq və ya Limberq üsulu ilə palstikası · Rektoselenin ləğvi · Sistoselenin ləğvi · Düz bağırsağın plastikası · LONGO əməliyyatı və s.