У нас вы можете посмотреть бесплатно Dermatoloq Dr. Ceyhun Badirov / Dəri xəstəlikləri / Dermatologiya или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#dermatoloq #dermatologiya #kosmetoloq Dermatoveneroloq Dr. Ceyhun Badirov / Dermatoloji xəstəliklərin müalicəsi Dəri daxili orqanların və insan ruhunun aynasıdır. Dəri xəstəlikləri bir çox hallarda daxili xəstəliklərin fonunda yaranır, daxili xəstəliklərlə əlaqəli olur. Dermatoloq dəri xəstəsinin diaqnozunu qoyandan sonra sistem araşdırmaları edə bilər. 00:00 - Lentiqo ( Dəridəki Ləkələr ) 02:45 - Ksantalazma ( Göz qapaqlarında sarı ləkələr ) 06:19 - Kuperoz ( Üzdə Kapilyarlar ) 10:19 - Melazma ( Qəhvəyi Rəngli Ləkələr ) 13:48 - Hiperhidroz ( Çox tərləmək ) 16:56 - Arzuolunmaz xallar 20:22 - Postakne ( Çapıq və izlər ) Bakı Kliniki Mərkəz +994 (012) 520 02 02 | +994 (055) 620 02 02 +994 (050) 620 02 02 | Info@bkm.az Bakı şəh., A. Manafov küç. 15 ( Q.Qarayev m.st.) Web sayt : https://bkm.az/ Instagram : / baki_klinik. . Facebook: / baki-. . Lentigo – yaş ləkələr də demək olar. Lentiqonun əksər növləri günəş və ya radiasiyaya məruz qalma nəticəsində yaranır. Lentigo ən çox orta və ya yaşlı insanlarda rast gəlinir. Ksantelazma – dəri səthində azacıq qabarmış və hər iki göz qapağında yerləşən sarımtıl ləkə şəklində olur. Toxunan zaman ağrısız və yumsaq konsistensiyaya malik olur. Adətən ksantelazmalara hər iki göz qapağında rast gəlinir. Tək və çoxsaylı ola bilərlər. Ksantelazmalar birləşərək qabarcıqlı element – ksantomalar əmələ gətirə bilər. Kuperoz – əsasən üzdə yerləşən genəlmiş kapilyar şəbəkəsidir. Kosmetologiyada belə damarlara kuperoz, dermatologiyada – teleangioektaziya deyilir. Üzdə kuperoza əsasən burunda, burun qanadlarında, yanaqlarda və çənədə rast gəlinir. Kuperoz əsasən dərisinin rəngi açıq və həssas olan insanlarda olur. Vizual olaraq dəridə xırda damar şəbəkəsi kimi görünür. Əlamətlərinə dəridə iltihab və qızarma, yanğı, qaşınma və tikan batma hissiyyatı aiddi. Melazma - dəridə, ilk növbədə üzdə qəhvəyi və ya boz ləkələrin görünməsinə səbəb olan ümumi bir piqmentasiya pozğunluğudur. Melazma əsasən açıq qəhvəyi dəridən tünd dəri tonlarına qədər olan insanlarda, xüsusən də günəşə çox məruz qalan yerlərdə rast gəlinə bilər. Qadınlar melazmaya xüsusilə həssasdırlar və üzdə, xüsusən də yanaqlarda, burun körpüsündə və alında qəhvəyi ləkələr şəklində görünə bilər. Həddindən artıq tərləməyə HİPERHİDROZ deyilir. Bu cür tərləmələr fiziki aktivlikdən və yaxud havanın temperaturundan asılı olmayaraq baş verir, normal gündəlik fəaliyyətin pozulması ilə yanaşı, sosial narahatlıq, utanc və emosional gərginlik də yaradır. Hiperhidrozun ən çox görüldüyü yerlər ovuc, ayaq və qoltuq altı, boyun, kürək və bel nahiyələridir. Postakne – sızanaq xəstəliyinə səriştəsiz (əksərən mexaniki) təsirin nəticəsidir. Sızanaqların yaranma səbəbi çox insanlara bəllidir. Hətta ən gözəl dərisi olan insanda da cinsi yetişkənlik dövründə bir neçə ədəd gənclik sızanağı yaranır. Lakin dəridə daha ciddi xəstəlik olan akne yaranarsa, buna uyğun müalicə tətbiq edilməlidir. Sızanaqların, qara nöqtələrin istənilən özbaşına müalicə cəhdi dəri defektlərinə gətirib çıxara bilər. Vaxtında mütəxəssisə müraciət, nəinki xəstəliklə mübarizədə, həm də postaknenin əmələ gəlməsinin qarşısını almağa kömək edəcəkdir. #baki #tibb #sehiyye #klinika #bakixeber #bakiklinikimerkez #ceyhunbadirov #dermatology #dermatologist #dermatologiaestetica #azerbaycan #endokrinoloji #dermatologistskincare #akne #aknetedavisi #xal #dermatoveneroloq SMM by NC GROUP ▶️ https://ncgroup.az/