У нас вы можете посмотреть бесплатно Orqanizimdə iltihab olduğunu göstərən əlamətlər bunlardır - Çarəsi isə... или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Orqanizmdə iltihablanma olduğunu bildirən əlamətlər bunlardır: -xroniki yorğunluq; -səpkilər; -daimi aclıq; -qəfil kökəlmə; -şişkinlik; -müxtəlif nahiyələrin şişməsi; -ishal və ya qəbizlik; -yüksək təzyiq; -daxili orqanlarda qəfil yaranan zədələr; -oynaq ağrısı; -qızartılar; -müxtəlif bağırsaq sindromları; Bayaq qeyd etdim ki, iltihablanma orqanizmin stressə qarşı verdiyi reaksiyadır. Az miqdarda olan göbələklər, bakteriyalar, allergiyalar, fiziki və hissi stressin kortizol səviyyəsini yüksəltməsi, ətraf mühit qaynaqlı toksinlər iltihablanmanı yaradan səbəblərdir. Müəyyən miqdarda bunlar çox zərərli görünmür, amma nəzarətdən çıxdıqda artrit, alzeymer, xərçəng yarada bilir. Bir çox qidalar təbii iltihab əleyhinə vasitədir. Onların tərkibindəki atioksidantlar hüceyrələri sərbəst radiakallara qarşı gücləndirir, iltihablanmanın azalmasına kömək edir. Bunlar aşağıdakılardır: 1. Sarımsaq. Bağırsaqdakı zərərli bakteriyalarla mübarizədə sarımsaq bəzi antibiotiklərdən 100 dəfə effektivdir. 2. Çuğundur. Enerjini artıran, yüksək qan təzyiqini aşağı salan çuğundur da güclü antioksidantdır. Nitratla zəngin çuğundur suyunun 500 ml-i qan təzyiqinin nizamlanmasında ən əlçatan vasitədir. 3. Qaragilə. Boyu balaca olduğundan onu yumaq çətin olsa da, mütəxəssislər faydalarını saymaqla bitirə bilmirlər. Üstəlik, onu iltihab əleyhinə vasitə hesab edirlər. 4. Brokoli. Detoks effekti verən antioksidantlarla zəngindir. Allergik reaksiya yaradan bakteriyaların sayını azaldır. Tərkibindəki Omega-3 yağ turşusu isə iltihab əleyhinə vasitədir. 5. Kətan toxumunun yağı. Omega-3 və Omega-6 ilə zəngindir. Kətan yağı, həmçinin, prostat xərçəngi hüceyrələrinin böyüməsinin qarşısını alır. Döş xərçəngi dianozu qoyulmuş minlərlə qadının itirak etdiyi araşdırmalarda kətan toxumu yağının ömür müddətini uzatdığı da müşahidə edilib. 6. Yaşıl çay. Tərkibindəki flavanoidlər iltihabla savaşmaqda birincilərdəndir. Ümumiyyətlə, yaşıl çayın iltihab əleyhinə vasitə olduğu çoxdan sübut edilib. Araşdırmalar zamanı məlum olub ki, yaşıl çay döş xərçəngi riskini 22%, prostat xərçəngi riskini 48%, xərçəngli hüceyrələrin artım sürətini 57% azaldır. 7. Zəncəfil. İltihablanmanı azaldır və qanda şəkəri nizamlayır. İstənilən pəhrizə daxil edilə biləcək əlavələrdən biri də zəncəfil çayıdır. Bəzi ağrıkəsici növlərinə nisbətən, zəncəfil ağrını daha tez aradan qaldırır. 8. Zeytun yağı. Polifenollarla zəngin olan zeytun yağı, xüsusilə, damarların dostudur və qanda yaranan iltihablanmanın qənimidir. 9. Soğan. İltihablanma ilə mübarizədə orqanizmin ən yaxın köməkçisidir. Tənəffüs yollarını təmizləyir, bəlğəm gətiricidir. Bağırsaq xərçənginin müalicəsində effektivdir. 10. Yosunlar. Karbohidrat kompleksi ilə zəngindir. Dəniz yosunlarındakı kalsium südün tərkibindəki kalisumdan 14 dəfə çoxdur. 11. İspanaq. Yüksək qida dəyərinə malik ispanaq antioksidantlarla zəngindir və hüceyrələri zədələnməkdən qoruyur. 12. Sarıkök. Tibbi araşdırmalar zamanı sarıkökün təbii antibiotik olduğu aşkar edilib.