У нас вы можете посмотреть бесплатно KƏLBƏCƏRİN ZAR KƏNDİNİN ƏN SON GÖRÜNTÜSÜ. 2017 APREL или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Zar kəndində erməni vandallari "erməni izi" axtarır!(( Zar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-ci ildə havadarlarının köməkliyi ilə Ermənistan Respublikası "silahlı qüvvələri" tərəfindən işğal edilib. Bu kənd tarixdə Şəhrizər kimi tanınır. 1970-1980-cı illərə kimi yaşayan çoxyaşlı sakinlər Zara Şəhrizər deyildiyini öz ata-babalarından eşitdiklərini söyləyirdilər. Zər sözü qızıl deməkdir. Şəhrizər, yəni qızılla zəngin olan şəhər deməkdir. Belə ki, Zarın ərazisində torpağın altından tez-tez tapılan qızıl dəfinələr bu sözün həqiqət olmasını təsdiq edir. Əfsuslar olsun ki, Şəhrizər sözünün Zar sözünə keçməsi tədqiq edilməmişdir. Kəndin axırıncı dəfə məskunlaşması təxminən XV-XVI əsrlərə təsadüf edir. Cəfər Qoca adlı bir şəxs Dərələyəzdən gəlib Zarın ərazisi olan Çaxmaqda ev tikib bir müddət yaşayandan sonra həmişəlik olaraq Zara köçərək orada məskunlaşıb. Çaxmaqdakı evləri isə binə yeri kimi istifadə edib. Həmin damlar 1993-cü il işğalına kimi qalırdı. Sonra başqa yerlərdən digər şəxslər köçüb burada məskunlaşıblar. Yaylaqlar: Bozlu yurdu, Kərbəlayı Şahverdi düşən yurd, Balaca Ağamalı düşən yurd, Böyük Ağamalı düşən yurd, Yal çüxurun yurdu, Zar yaylağı, Məşədi Həsən yalının yurdu, Palçıqlı yurd, Sarıbulaq yurdu, Quzey yurdu, Yaz yurdu, Yal yurdu, Çalqaya yurdu, Ağe dərəsinin yurdu, Çaşırlı yurdu, Tələ yurdu, Oruclu gəzinin yurdu, Orucların hasarı yurd, Qovşuq yaylağı, Gərayın dərəsi yurd, Qazanuçan yaylağı, Ağduzdağ yaylağı, Qara yurdu. Bulaqlar: Paltar bulağı, Bolbulaq, Çaxmaq bulağı, Qara yurdunun bulağı, Sarı bulaq, Səngər bulağı, Çivli bulağı, Hacı Qurbanın tələ bulağı, Çaşırlının bulağı. Məşhur yerlər: Çaxmaq, Cütxaç, Təkxaç, Aşağıdüz, Xudavəng, Böyüktəpə, Cılğıyolu, Fərhad yerləri, Qanolan, Əlipəncəsi, Eminlərin bərəyəsi, Qoşakahalar, Səngər kahası, Buz kahası, Qaranlıqkaha, Mirzənin kahası, Şurtan bərəyəsi, Şurtan kahası, Sarıburun, Duzkahası, Kolluqluqaya, Dirəkqaya, Uzunbərəyə, Gödəkbərəyə, Məhərrəm oğlu Hüseyinin təpəsi, Avasın təpəsi, Bəxtiyar təpəsi, Sarı yoxuş, Şavazın xəndəyi, Ağamirzənin yal yeri, Sultanyurdu, Qafarın dərəsi, Daşlı burun, Allahyar təpəsi, Mapıölən, İldırımvuran qaya, Ələkbərin çaxmaq daşı, Çivli, Hacı Orucun çeyili, Qamışlıq, Quzey yerləri, İmoçüxuru, Sıraqaya, Qəzetin yalı, İsmayılçüxuru, Yolkeçən, Qazanuçan dağı, Bayramdaşları. Çaxmaqdaː Çaxmaq daşları, Çaxmaq körpüsü, Uçuq, Məmişin şamı, Şalıx, Şalıxın yalı, Sıra, Novurlar, Xırmanqaya, Arxac yeri, Vəlidüşən yurd, Yal çüxuru, Darıyeri, Samanlıgəz, Cabbarqayıran yol, Şeytandaşı, Qayalıq, Dərinqobu, Gölün burnu, Süleyman bulağı, Şalıx bulağı, Şeyinoğlunun dərəsi, Məhərrəmgizlənən kaha, Məmmədin qaravuı təpəsi, Sıraqaya, Vəlidüşən, Qatarqaya, Uçuqdərəsi