У нас вы можете посмотреть бесплатно Anar Əhəd - Çox Qəribə Bir Təhər İnsanlarıq (Official Audio - 2026 Meyxana) или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
"Bu əsər bədii satiradır və cəmiyyətdəki mənəvi problemləri tənqid etmək məqsədi daşıyır. Heç bir şəxsi və ya qrupu təhqir etmək niyyəti güdmür." Müəllif: Anar Əhəd --- -- --- ----- -- --- --- --- Hamı deyir bir - birinə düz belə, Dinsizi də, dindarı da həm elə. Mövzunu aldıqda kənardan ələ, Kütlənənən gicbəsər insanlarıq. Çox qəribə, bir təhər insanlarıq. Baxma tuaf, şe’rimə təhqir kimi, Halətimiz bir ləkədir, kir kimi. Yazmalıyam nəzm ilə şair kimi, Düz ki budur, eybəcər insanlarıq. Çox qəribə, bir təhər insanlarıq. Dinsiz olan Xaliqi inkar edər, Dindarı vardır deyə israr edər. Hər ikisi var kimi rəfdar edər, Ömrûnü etmiş hədər insanlarıq. Çox qəribə, bir təhər insanlarıq. Heç biri keçməz dilinin tutduğun, Qan da dəyişməz zəlinin tutuduğun. Kor da buraxmaz əlinin tutduğun, Zəhlə tökən, dəngəsər insanlarıq. Çox qəribə, bir təhər insanlarıq. Doğru, yalannan günü bitmişlərik. Dəhridə azmış yolu itmişlərik. Zahirə uymuş, küyə getmişlərik, Batinə kor, bixəbər insanlarıq. Çox qəribə, bir təhər insanlarıq. Bir - birimiznən didişib səylədik, Afərin olsun bizə haqq eylədik. Tapdalanan haqq üçün bəs neylədik? Biz ki əzilmiş nökər insanlarıq! Çox qəribə, bir təhər insanlarıq. Kimsə çıxar gündəmə söhbət qatar, Anlamarıq başmızı dövlət qatar. Baş qataraq sərvətə sərvət qatar, Gör nə qədər biz befər insanlarıq. Çox qəribə, bir təhər insanlarıq. Yığ qoca dövlət sənə fürsətdi bu. Tanrının bəxş etdiyi ne’mətdi bu. Baxma fəqir millətə, millətdi bu?! Düz demirəm? Biz məgər insanlarıq! Çox qəribə, bir təhər insanlarıq. #AnarƏhəd #ÇoxQəribəBirTəhərİnsanlarıq