У нас вы можете посмотреть бесплатно “Körpələrim suyun içində batıb gedir” - Sakinlərin həyatını alt-üst edən dəhşətli hadisə - Baku TV или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
“Körpələrim suyun içində batıb gedir” - Sakinlərin həyatını alt-üst edən dəhşətli hadisə - Baku TV Hökməli qəsəbəsi, Elşən Müslümov küçəsində yaşayan sakinlər Baku TV-nin qaynar xəttinə müraciət ediblər. Onlar yaşadıqları küçənin bərbad vəziyyətdə olmasından, eləcə də kanalizasiya sularının evlərə axmasından şikayətlənirlər. Sakinlərdən birinin sözlərinə görə, problemlə bağlı müraciət etdiyi qurumlar məsuliyyəti üzərindən atır: “Hara müraciət edirəmsə, deyirlər ki, bu ərazi bizim balansımızda deyil. Bələdiyyəyə ərizə yazıb vermişəm, amma baxan yoxdur. Evdə körpələrim var, suyun içində qalırıq”. Digər bir vətəndaş isə qəsəbədə vəziyyətin acınacaqlı olduğunu vurğulayıb: “Bu qəsəbədə vəziyyət, həqiqətən də, çox pisdir. Nə yol var, nə də kanalizasiya. Yağış yağanda insanlar əziyyət çəkirlər. Yayda isə üfunətdən tərpənmək olmur”. Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən verilən məlumata görə, sözügedən ərazidə kanalizasiya şəbəkəsində yaranmış tıxac İdarənin qəza qrupu tərəfindən aradan qaldırılıb. Bildirilib ki, bu kimi halların əsas səbəblərindən biri əhali tərəfindən bərk cisim və məişət tullantılarının kanalizasiya şəbəkəsinə atılmasıdır. Elşən Müslümov küçəsindəki palçıqlı yollarla bağlı isə Abşeron Rayon İcra Hakimiyyətindən qeyd olunub ki, sözügedən küçəyə bitişik yolların təmiri Hökməli bələdiyyəsinin planına daxil edilib və qısa müddət ərzində yolun asfaltlanmasına başlanılacaq. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber https://x.com/bakutvofficial / baku.tv https://www.baku.tv ❂❂❂❂❂ 2026 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #bakutvxəbər baku tv,baku tv xəbər, aktual xəbər, Azərbaycan xəbərləri, xəbər, baku tv canlı, gündəm, son dəqiqə, xəbər, Azərbaycanda son xəbərlər, Azərbaycan