У нас вы можете посмотреть бесплатно Goranboyda sel toy çadırını və qonaqların maşınlarını apardı - APA TV или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#apapro #goranboy #sel #yağış #dolu #apaproxeber #apaproxeberler Goranboyda sel toy çadırını və qonaqların maşınlarını apardı - APA TV Ötən gün Goranboyda güclü yağış və dolu yağıb. Rayonun bir neçə yaşayış məntəqəsində müşahidə olunan qeyri-sabit hava şəraiti təsərrüfatlara və mövcud infrastruktura ciddi ziyan vurub. Gürzallar kəndində qurulan toy çadırı və gələn qonaqların avtomobilləri selin qarşısında tab gətirə bilməyib. Təbii fəlakət nəticəsində evlərə, tövlələrə, əkin sahələrinə, meyvə bağlarına ziyan dəyib. Sel Gürzallar kəndində 10 evi birləşdirən və yarğan üzərində mövcud olan körpünü də yuyaraq aparıb. Güclü leysan yağışı və dolu nəticəsində çaylarda suyun səviyyəsi artıb nəticədə 3436 təsərrüfatı əhatə edən 1 şəhər, 3 qəsəbə və 8 kəndə ziyan dəyib. Sel daşqını nəticəsində Börü və Gürzallar kəndlərinin yolu bağlanıb. Dəliməmmədli şəhəri, Aşağı Ağcakənd, Yuxarı Ağcakənd və Qazanbulaq qəsəbələrində, Borsunlu, Yəhərçi Qazaxlar, Sarov, Veyisli, Sarovlu və Muzdurlar kəndlərində bir neçə fərdi yaşayış evlərinə, iribuynuzlu mal-qaraya və əkin sahələrinə qismən ziyan dəyib. Hazırda dəyən ziyanın aradan qaldırılması, eləcədə vətəndaşlara dəymiş ziyanın hesablanması istiqamətində iş aparır. İlkin hesablamalara görə, sel və dolu rayonda 25-ə yaxın fərdi yaşayış evinin dam örtüyünə və zirzəmisinə, 5 ədəd minik avtomobilinə, 35 hektar taxıl sahəsinə və 5 hektar nar bağına ziyan vurub, iribuynuzlu mal-qara və ev quşları tələf olub. Fuad Nazimoğlu, Mehdi Rəşid, APA TV ✅ Rəsmi facebook səhifəmiz: / apaproduction1 ✅ Rəsmi instagram səhifəmiz: / apa_pro ✅ Rəsmi linked səhifəmiz: / apa-pro-2465bb212 ✅ Rəsmi youtube kanalımız: / @apaproofficial Copyright © APA PRO #apapro #apaproxeber #apaproxeberler