У нас вы можете посмотреть бесплатно "Sərhəd" qısametrajlı sənədli filmi или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Film ikiyə bölünmüş bir xalqın qovuşmaq həsrəti haqqındadır. Sovet-İran sərhəddindən dramatik görüntülər əks olunub. Hadisə Sovet tarixinin ən kəskin vətəndaş itaətsizliyindən sayıla bilərdi. Çünki Sovet sərhəddini nəinki dağıtmaq, ona 40 km yaxınlaşmaq belə mümkün deyildi. Sərhəd zonasına gediş-gəlişə yalnız həmin ərazidəki yaşayış məntəqələrində doğulan şəxslərə icazə verilirdi. Berlin divarı dağılandan sonra Azərbaycanda tez-tez belə bir sual səslənirdi, niyə almanları ayıran sədd aradan götürülür, Azərbaycanlılar isə bir-birinə tikanlı məftillər arxasından baxmalıdırlar? Buna etiraz edən Azərbaycanlılar 1989-cu ilin son günü Astaradan Şərura qədər sərhəddə yürüş etdiklər. Tikanlı məftilləri qoparıb sərhəd dirəklərini yandırdılar. Festivallar və mükafatlar: 1)1991-ci ildə Bakıda "Şərqdən Baxış" devizi altında keçirilən Beynəlxalq Gənclər filmləri kinofestivalı. Film sənədli filmlər üzrə I dərəcəli Diplom və Mükafata layiq görülmüşdür. 2)1993-cü ildə Aşqabadda I Beynəlxalq "Gümüş Aypara" kinofestivalı. Film ən yaxşı rejissor işinə görə I dərəcəli Mükafat və Diploma layiq görülmüşdür. Filmin heyəti: Rejissor : Nizami Abbas Ssenari müəllifi : Nəriman Əbdülrəhmanlı Operator : Nizami Abbas Səs operatoru : Şamil Kərimov İstehsalçı qurum: "Yaddaş" Sənədli Filmlər Studiyası Filmin növü: Qısametrajlı Sənədli Film Rəng: Rəngli İl: 1990