У нас вы можете посмотреть бесплатно Ürək genişlənməsi , hipertrofiya, dilatasiya или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
“Ürəyim genişlənib”- Kardiomeqaliya Son zamanlar xəstələr ya Döş qəfəsi və Ağciyər rentgen müayinəsi zamanı ya da Kardioloq həkimin qəbulunda EKG və EXOKG müayinə olunduqdan sonra “Ürəyim böyüməsi” , “Ürəyim Genişlənməsi”, “Ürəyim qalınlaşması” kimi problemlərinin olduğunu bildirirlər. Həqiqətən də ürək böyüyə bilərmi? Hər ürək genişlənməsi xəstəlik sayılırmı və müalicə olunmalıdırmı ? Bəzi xəstəliklər və patoloji hallar həqiqi ürək genişlənməsinə səbəb olur. Bu haqda bir qədər geniş məlumat verək. Əvvəla onu qeyd etmək lazımdır ki, Normal halda İnsanların yaşına, cinsinə, bədən çəkisinə və boyuna uyğun ürəyin müxtəif ölçüləri ola bilər. Amma ümumilikdə yetkin insanın ürəyi təqribən 9-14 sm ölçüsündə və 250-400 mg ağırlıqda olur. İlk əvvəl onu qeyd edək ki, Ürək genişlənməsi -tibbi olaraq Kardiomeqaliya adlandırılır. Bu diaqnozu Siz həm internetdə axtarış verərkən həmdə həkimlərin Sizlərə verdiyi müxtəlif müayinə nəticələrində və Xəstəlik sənədlərində görə bilərsiz. Bu patoloji hal ya ürək əzələsinin qalınlaşması (hipertrofiyası) yada ürək boşluqlarının genişlənməsi ( dilatasiyası) hesabına yaranır. Ürək əzələsi və ya boşluqları nə qədər çox böyüməsinə baxmayaraq onun iş effektivliyi aşağı düşür və bu da ürəyin yorulmasına gətirir. Bu yorulma tədricən dərinləşir və nəticədə ürək çatışmazlığı yaranır. Kardiomeqaliya - sərbəst xəstəlik kimi deyil ,əsasən bir sıra xəstəliklərin səbəbi kimi yaranır. Səbəblər anadangəlmə və qazanılma ola bilər. Anadangəlmə səbəblərə müxtəlif bətndaxili (congenital) ürək qüsurları aid olunur. Mədəcikarası çəpər qüsuru (VSD) , Qulaqcıqarası çəpər qüsuru (ASD), Aorta koartikasiyası ( daralması), Ebsteyn anomaliyası ,Fallo tetradası və s. aid olunur. Qazanılma səbəblər isə daha çox rast gəlir və müxtəlif ola bilir. Ürəyin işemik xəstəliyi ürək tac damarlarının aterosklerotik ( xolesterinlə tutulması) xəstəliklərin səbəbi olan stenokardiya və miokard infarktının nəticəsi kimi ürək əzələsinin genişlənməsi Hipertoniya xəstəliyi yüksək qan təzyiqi tədricən ürək əzələsinin qalınlaşmasına və ürək boşluqlarının genişlənməsinə səbəb olur Ürək qapaq xəstəlikləri ürəyin mitral və aortal qapaqlarının revmatik və sklerotik xəstəliklərinin nəticəsində ürək kameralarının tam və hissəvi genişlənməsi baş verir -Ürək ritm pozğunluqları-Aritmiyalar nəticəsində ürək əzələsinin qeyri müntəzəm çalışması baş verir ki, bu da ürəyin vaxtsız yüklənməsinə və genişlənməsinə səbəb olur Ürək əzələsinin iltihabı Miokarditlər zamanı müxtəlif virus və ya bakteriyalar tərəfindən ürək əzələsində iltihabı baş verir ki, buda ürək çatışmazlığına və genişlənməsinə gətirir Hamiləlik adətən hamiləliyin 28-ci həftəsindən sonra və erkən zahılıq dövründə yaranan və səbəbi tam məlum olmayan ürək əzələ zəifləməsi (Peripartum Kardiomiopatiya) nəticəsi olaraq Qalxanabənzər vəzi xəstəlikləri Tiroid vəzi hormonlarının ifrazının pozulması nəticəsində yüksək təzyiq, aritmiyalar və ürək yetməzliyi ürək kameralarının böyüməsinə gətirir -Qan azlığı-Anemiyalar nəticəsində orqanizmin oksigenə olan tələbatı ürək fəaliyyətinin artması hesabına baş verir. Buda gələcəkdə ürək əzələsinin genişlənməsinə səbəb olur. Dəmir artıqlığı Hemoxromatoz adlandırılan bu patoloji hal zamanı orqanizmdə olan dəmirin artıq dəyərləri bir çox toxumalar kimi ürək əzələsində də toplanaraq əzələ zəifliyinə və sonradan genişlənməsinə səbəb olur. Alkoqol və Kokain istifadəsi tədricən ürək əzələsinin zədələnməsinə və gələcəkdə genişlənməsinə səbəb olur Böyrək çatışmazlığı xroniki böyrək çatışmazlığı zamanı yaranmış maye disbalansı və uremik vəziyyət ürək əzələsinin zədələnməsinə gətirir Bədən çəkisinin artması Obesitə xəstələrdə tədricə artıq çəkinin ürək əzələsinin işini artırması səbəbindən ürək əzələsi qalınlaşması yaranır Ürək genişlənməsi olan xəstələr uyğun olaraq durğunluq ürək çatışmazlığına uyğun şikayət və klinik əlamətlərlə özünü göstərir. Belə ki, bu xəstələrin əsas simptomları təngnəfəslik və nəfəs daralması, ürəkdöyünmə və ritm pozğunluğu, tez yaranan yorğunluq, aşağı ətraflarda (əsasən topuq nahiyəsində) yaranan şişkinlik, sidik ifrazının azalması, döş qəfəsində olan ağrı və gərginlik olur. Kardiomeqaliyanı aşkar etmək üçün müasir zamanda çoxsaylı müayinə metodları mövcuddur. Əgər 20-30 il əvvəl bu diaqnozu ancaq Döş qəfəsi rentgen müayinəsi ilə müəyyən olunurdusa hal hazırda EXOKG, Kardiak komyuter tomoqrafiyası və Ürək MRT müayinəsi bu xəstəliyi daha tez və daha dəqiq aşkar etməyə kömək olur. Bundan başqa çoxsaylı qan təhlilləri bu patoloji hala səbəb olan xəstəlikləri vaxtında tapmaqda kömək edir. Vaxtında aşkar olunmuş və müalicə olunmuş Ürək genişlənməsi xəstənin gələcək ağırlaşmalarının qarşısını almaqda çox faydalıdır. Bu səbəbdən hər hansı yuxarıda göstərilən əlamət hiss etdiyiniz zamanı mütəxəssis Kardioloqun müayinəsində olmanız Sizi bir çox təhlükələrdən qoruyar.