У нас вы можете посмотреть бесплатно Lənkəranın Sütəmurdov kəndində erməni vəhşilikləri - 13 sakin qətlə yetirilib или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Erməni daşnakları və onların azərbaycanlılara qarşı qaldırdığı ruslar Xəzər Dənizi ilə sahilboyu əraziləri dağıdıb, insanları qətlə yetirərək Lənkəran qəzasına qədər gəlib çıxdılar. Lənkəranda baş verəcək qırğınların qarşısını almaq məqsədilə danışığa gedən 13 ağsaqqalın başına gətirilənlər isə bir daha hadisələrin dəhşətindən xəbər verir. Kamran Əliyev - tarixçi “Rusiya general Şefkunovun rəhbərliyi altında hərbi dəstəni Xəzər dənizi sahillərinə gəmi ilə göndərdi. Sütəmurdov kəndinin 13 nəfərdən ibarət ağsaqqalları bu çaxnaşmanın qarşısını almaqdan ötrü Şefkunovun yanına qəbula getdilər.” Lakin həmin ərəfədə Lənkəran qəzasında rus əsgərlərindən biri təxribatçı qüvvələr tərəfindən öldürüldüyündən onlar da danışığa gələn 13 nəfərlik heyəti rəhm etmədən qılıncdan keçirirlər. Doğranaraq öldürülən kənd ağsaqqallarının cəsədləri gizlicə olaraq Lənkəran çayı ilə Xəzər dənizinin birləşdiyi ərazidə basdırılır. Kənd sakinləri bundan yalnız bir neçə gün sonra xəbər tuturlar. Bundan sonra cəsədlər basdırıldığı yerdən çıxarılaraq kənd qəbiristanlığının həyətinə aparılır. Meyitlər o dərəcədə qəddarlıqla doğranır ki, onları yalnız müəyyən əlamətlərindən ayırd etmək mümkün olur. Fəxri Sadıqov – Sütəmurdov kənd sakini “Biri ağ libas geyinməyi xoşlayardı, biri daima buxarı papaq qoyardı. Mənim babam Şeyx Ənnağı Əbdülhüseyn oğlunu öz əlamətindən tanıyıblar ki, o, həmişə saqqalına həna qoyardı.” Daha acınacaqlı fakt isə ondan ibarətdir ki, Lənkəran qəzasındakı qurbanlar təkcə bu 13 nəfərlə məhdudlaşmır. Fəxrəddin Hüseyn - tarixçi “Özləri üçün əlverişli yerdən, dəniz sahilində olan kəndlərə, xüsusilə Sütəmurdov, Gərmətük kəndində çox böyük yanğınlar törətmişdirlər. Nəticədə yüzlərlə insan bu qırğınların günahsız qurbanlarına çevrilmişdir.” Ümumilikdə soyqırım zamanı Lənkəran və ətraf rayonlarda 40-dan çox kənd yandırılıb, 2 mindən çox günahsız insan qətlə yetirilib.