У нас вы можете посмотреть бесплатно İbrahim Məsimoğlu: "Düşmənə həmlə dəmidir" mahnısı или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Düşmənə həmlə dəmidir Bölük səngər yuxusunda, komandir çəkir yeni plan, Tez ol, vaxtın öz hökmü var, düşmənə həmlə dəmidir. Əsgər vətən sorağıyla dad almamış kal yuxudan, Tez ol, vaxtın öz hökmü var, düşmənə həmlə dəmidir. Nəmli səngər qucağında dar əsgər yataq kisəsi, Gözü yolda anaların kəsilməz nigaran səsi, Cəld tut savaş yaxasından, dər nikbin savaş nəfəsi, Tez ol, vaxtın öz hökmü var, düşmənə həmlə dəmidir. Müharibə xatirəsi, dil açır hər qan kəlməsi, Səngər yavan duz-çörəyi, qurumuş pendir tikəsi, İştaha gəl, ayrı nə var, əlavə dişə çəkəsi?! Tez ol, vaxtın öz hökmü var, düşmənə həmlə dəmidir. Dodaqaltı zümzümələr, torpağın gözəl qoxusu, Hələ yol gəlir, tələsmir, bu günün əcəl qorxusu, Niyə bitmir, tez qurtarmır acılı vətən yuxusu?! Tez ol, vaxtın öz hökmü var, düşmənə həmlə dəmidir. Mürgü döymə, oyan, tez ol, acıqlanır tərs kapitan, Ürəyinə daş bağlama, gələcək sən deyən zaman, Dad qələbə sevincini, sən güc al ulu Tanrıdan, Tez ol, vaxtın öz hökmü var, düşmənə həmlə dəmidir. İbrahim MƏSİMOĞLU