У нас вы можете посмотреть бесплатно Zəhərli İran məhsulları или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Tehran Topdançılar Birliyinin sədri Əkbər Yavərinin üç gün əvvəl yayılmış açıqlaması ölkədə və xaricdə əsl qalmaqala səbəb olub. İranda “barforuşan” adlanan topdançılar meyvə və tərəvəzin topdan satışı ilə məşğul olurlar, yəni onlar kənd təsərrüfatı məhsullarını fermerlərdən alıb anbarlarda saxlayır, sonra topdan və pərakəndə satış bazarlarına paylayırlar. İndi həmin şəxsləri öz sıralarında birləşdirən təşkilatın rəhbəri bildirir ki, İran bazarında satılan və bəzi ölkələrə ixrac olunan sitrus meyvələri zəhərlidir. Əkbər Yavəri deyib ki, bu səbəbdən həmin məhsulların satıldığı Azərbaycan, Özbəkistan və Rusiya İrandan sitrus meyvələrinin idxalını dayandırıb. Yavəri bildirib: “Süni rənglənmiş portağalların aşkarlanması həmin ölkələrin bu sahədə İranla ticarət əlaqələrini kəsməsinə və sitrus meyvələrinin alınması üçün Misir və bəzi Afrika ölkələrinə üz tutmasına gətirib çıxarıb”. Əkbər Yavərinin sözlərinə görə, bu qərarın səbəbi İranın ixrac etdiyi portağallarda zəhərli sənaye boyalarından istifadə hallarının aşkarlanması olub. “Bu məsələ təkcə istehlakçıların sağlamlığını təhdid etmir, həm də İran meyvə brendinin qlobal bazarlardakı nüfuzunu şübhə altına alır” – deyə, Yavəri əlavə edib. O, həmçinin vurğulayıb ki, İran Yaxın Şərqdə əsas sitrus meyvələri istehsalçılarından biri hesab edilsə də, üç qonşu ölkə tərəfindən İran portağal və mandarinlərinin idxalına qoyulan qadağa daxili bazara da ağır zərbə vurub. #İran #məhsul #zəhər #portağal #mandarin #ixrac