У нас вы можете посмотреть бесплатно "Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması" layihəsi üzrə təltifnamə tədbiri keçirilib. или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
“Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” layihəsi çərçivəsində təltifnamə tədbiri keçirilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” layihəsi çərçivəsində təltifnamə tədbiri keçirilib. Tədbir Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası kontekstində məcburi köçkünlərin gəlirgətirən fəaliyyətlərə cəlb olunmasını təşviq etmək məqsədi daşıyıb. Tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların, təhsil və inkişaf institutlarının nümayəndələri, eləcə də müxtəlif layihələr üzrə aktiv iştirak edən məcburi köçkünlər iştirak ediblər. Dövlət Komitəsinin nümayəndəsinin açılış çıxışı ilə başlayan tədbirin ardınca Böyük Qayıdış proqramı çərçivəsində hazırlanan “Böyük Qayıdış yeni iş imkanları yaradır” adlı və digər videoçarxlar nümayiş olunub. Daha sonra Dövlət Komitəsinin Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyevin, Dünya Bankının nümayəndəsi Steffi Stallmeisterin və Təhsildə Keyfiyyət Təminatı Agentliyi nümayəndəsinin çıxışları dinlənilib. Çıxışlarda Böyük Qayıdış prosesi çərçivəsində insan kapitalının inkişafı, məşğulluğun artırılması və dayanıqlı iqtisadi fəaliyyətlərin qurulmasının əhəmiyyəti vurğulanıb. Həmçinin Mesleki Yeterlilik Kurumu (MYK), Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA), ACTD və Accelerated Career Academy (ACA) tərəfindən həyata keçirilən layihələrə dair təqdimat videoları nümayiş olunub və qurum rəhbərlərinin çıxışları dinlənilib. Xüsusilə ACA tərəfindən icra edilən “Qarabağda Gələcək” layihəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Tədbirin ikinsi hissəsində keçirilən təltifetmə mərasimində müxtəlif istiqamətlər üzrə təlim və sertifikasiya proqramlarını uğurla başa vuran məcburi köçkünlərə sertifikatlar təqdim olunub. Sertifikatlar yerli və beynəlxalq tərəfdaş qurumların nümayəndələri tərəfindən təqdim edilib. Təltifetmə mərasimi çərçivəsində Accelerated Career Academy-nin direktoru Samirə Quliyevanın moderatorluğu ilə xüsusi panel diskussiyası da baş tutub. Paneldə sahibkarlıq və liderlik sahəsində uğur qazanan qadınlar çıxış ediblər. Çıxışlarda şəxsi uğur hekayələri, sahibkarlıq təcrübələri və qadın liderliyinin cəmiyyət və iqtisadiyyat üçün rolu müzakirə olunub. Panel sual-cavab sessiyası ilə yekunlaşıb. Qeyd edilib ki, bu kimi təşəbbüslər Böyük Qayıdış prosesinin sosial-iqtisadi dayaqlarının möhkəmləndirilməsinə, məcburi köçkünlərin dayanıqlı məşğulluq imkanlarının genişləndirilməsinə və onların cəmiyyətə fəal inteqrasiyasına mühüm töhfə verir. Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə şəkli çəkilib.