У нас вы можете посмотреть бесплатно Mən dedim ki, bir az sağa çıx... | Sürücü avtobusu niyə nəzarətçinin üstünə sürdü? или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Mən dedim ki, bir az sağa çıx... | Sürücü avtobusu niyə nəzarətçinin üstünə sürdü? Sumqayıtın Saray qəsəbəsində küçədə yeni asfalt örtüyünün çəkilməsi ilə əlaqədar həmin əraziyə nəqliyyat vasitələrinin girişi müvəqqəti olaraq məhdudlaşdırılıb. Bu səbəbdən yol nəzarətçisi sürücüləri geri qaytararaq alternativ istiqamətlərə yönləndirir. Lakin “Hyundai” markalı avtobusun sürücüsü tətbiq edilən qaydalara məhəl qoymayıb. Halbuki əraziyə girişin müvəqqəti məhdudlaşdırılması barədə sürücülərə əvvəlcədən xəbərdarlıq edilib. Hadisə şahidinin sözlərinə görə, sürücü yol nəzarətçisinin “dayan, gözlə” çağırışlarına məhəl qoymayaraq “tələsirəm” deyib hərəkəti davam etdirib. Zərərçəkən isə baş verənləri belə izah edib: “Mən dedim ki, sağa çıx, irəlidə asfalt çəkilir. Amma o razılaşmadı, “keçəcəyəm” deyib üstümə sürdü. Mən də müqavimət göstərmək üçün avtobusun qarşısını kəsdim”. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, sosial şəbəkələrdə Abşeron rayonunun Saray qəsəbəsində avtobus sürücüsünün ictimai qaydanı kobud şəkildə pozması ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılır. Hazırda sürücünün müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber https://x.com/bakutvofficial / baku.tv https://www.baku.tv Mən dedim ki, bir az sağa çıx... | Sürücü avtobusu niyə nəzarətçinin üstünə sürdü? 2025 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #sürücü #avtobus #nəzarətçi #bakı #hadisə