У нас вы можете посмотреть бесплатно "O borcun altında mən qaldım" | Bu şirkətlə vətəndaşlar arasında qalmaqal yarandı - Baku TV или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
"O borcun altında mən qaldım" | Bu şirkətlə vətəndaşlar arasında qalmaqal yarandı - Baku TV Bir qrup vətəndaş Baku TV-nin qaynar xəttinə müraciət edərək gördükləri işə görə əməkhaqlarını ala bilmədiklərini bildiriblər. Şikayətçilərin sözlərinə görə, 30-a yaxın adam əziyyətinin qarşılığını 2023-cü ildən bəri ala bilmir. “2023-cü ilin sentyabr ayında “Goldvin” şirkəti olaraq “İnter Servis” şirkəti ilə Kəlbəcər–İstisu yol layihəsinin icrası üçün müqavilə bağladıq. Ödənişlə bağlı danışıqlara gedəndə bizə bildirildi ki, dekabr ayının sonunda ödənəcək. Bizim ümumi məbləğimiz 740 min manat idi. Lakin onu tələb etdikdə ödənişi etməkdən imtina etdilər. 2023-cü ilin sonundan etibarən bizə davamlı olaraq bu ay, gələn ay, bu gün, sabah kimi vədlər verilib, amma heç biri yerinə yetirilməyib. Nəticədə, 30-dan çox işçinin, həmçinin texnika sürücüləri və texnika sahiblərinin əməkhaqları ödənilməyib. Hazırda şirkət olaraq biz müflis olmuşuq”, – deyə “Goldvin” şirkətinin rəhbəri Ədalət Əhmədov bildirib. “İnter Servis”in icraçı direktoru Əlipaşa Əhmədov isə heç bir maddi öhdəliklərinin olmadığını iddia edib: “Hətta onlar məhkəməyə müraciət etmişdilər. Məhkəmə onların iddialarını rədd edib və məsələ yekunlaşıb. Bu, yalandır və böhtandır. Qarşı tərəfə biz də yalan və böhtan iddiası ilə müraciət edəcəyik”. Əlipaşa Əhmədovun açıqlaması ilə əlaqədar şikayətçilər bildiriblər ki, icraçı direktorun cavabı əsassızdır. Belə ki, iki şirkət arasında məhkəmə mübahisəsi olsa da, hələ prosesə start verilməyib və iş məhkəmə baxışına təqdim olunmayıb. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber https://x.com/bakutvofficial / baku.tv https://www.baku.tv "O borcun altında mən qaldım" | Bu şirkətlə vətəndaşlar arasında qalmaqal yarandı - Baku TV 2026 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #bakutvxəbər #vətəndaşşikayəti #borcqalmaqalı #şirkət #maliyyəproblemi #mübahisə #ictimaiməsələ baku tv,baku tv xəbər, aktual xəbər, Azərbaycan xəbərləri, xəbər, baku tv canlı, gündəm, son dəqiqə, xəbər, Azərbaycanda son xəbərlər, Azərbaycan