У нас вы можете посмотреть бесплатно Mədə kiçiltmə əməliyyatının qiyməti neçəyədir? Mədə necə kiçildilir? или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Mədə kiçiltmə əməliyyatında mədənin nə qədər hissəsi götürülür? Mədə kiçiltmə əməliyyatlarının faydaları və fəsadlari - Dr.Taryel Ömərov Bariatrik cərrahiyyə artıq çəkidən ciddi şəkildə əziyyət çəkən xəstələr üçün həyat tərzində aparılan dəyişiklikləri dəstəkləmək və çəki azaldılması nəticələrinin davamlılığını artırmaq məqsədilə nəzərdən keçirilə bilər. Bariatrik cərrahi əməliyyatların uzunmüddətli nəticələri adətən ənənəvi üsullarla əldə edilənlərlə müqayisədə əhəmiyyətli dərəcədə yaxşı olur. Bariatrik cərrahi əməliyyatlardan əldə edilmiş ən böyük faydalara piylənmə ilə əlaqəli olaraq meydana gəlmiş xəstəliklərin aradan qaldırılması və bu kimi xəstəliklərin daha asan müalicə edilə bilinməsi, eləcə də həyat keyfiyyətində gözlə görülən dəyişikliklərin hiss edilməsi aid edilir. Ən geniş yayılmış metodlar mədə bandajı və mədənin boruvari rezeksiyası (Sleeve gastrectomy) sayılır. Cərrahi əməliyyat bir müalicə variantı olaraq bədən çəkisi indeksi (BMİ-BÇİ) 40 kq/m2 -dan daha yüksək olan xəstələrdə, həmin xəstələrin daha əvvəl çəkiyə nəzarət qrupu proqramında uğurla iştirak etməsi şərtilə nəzərdən keçirilə bilər. Əməliyyat həmçinin piylənmənin tip 2 diabetlə bərabər inkişaf etdiyi zaman və ya hipertenziya, ciddi yuxuda apnoe tutmaları (tənəffüs hərəkətlərinin qısamüddətli dayanması) (CPAP terapiya- hava yollarına davamlı müsbət təzyiq) və ya sümük - əzələ sisteminin ağır xəstəlikləri zamanı bədən çəkisi indeksi (BMİ-BÇİ) 35-40 kq/m2 olan xəstələr üçün də nəzərdən keçirilə bilər. Cərrahi əməliyyatın növləri Mədə şuntlama (Gastric bypass) Ən çox tətbiq edilən bariatrik əməliyyat növüdür. Demək olar ki, bütün mədə, onikibarmaq bağırsaq və nazik bağırsağın proksimal hissəsinin təqribən 1 m-i şuntlanır. Qida mədənin yuxarı hissəsindən öd və mədəaltı vəzi şirəsi ilə qarışa biləcək nazik bağırsağa keçir. Mədə şuntlama əməliyyatı laparoskopik prosedur kimi həyata keçirilir və əməliyyatı təcrübəli cərrah icra edərsə 1.5 saat çəkir. Əməliyyatdan sonra mədəyə, onikibarmaq bağırsağa və ya öd və ya mədəaltı vəzi yollarına daxil olmaq və ya onları görüntüləmək məqsədilə normal endoskopik prosedurlar və ya kontrast müayinələr tətbiq edilməməlidir. Qidanın bağırsaq daxilinə sürətli keçidi karbohidratların absobsiyasını sürətləndirə bilər və qan şəkəri səviyyəsində əsaslı dəyişikliklərin yaranmasına səbəb ola bilər. Mədə bandajı. Şişirilə bilən maye tərkibli silikon bandaj (təxminən barmaq qalınlığı qədər) mədənin yuxarı hissəsinin ətrafında yerləşdirilir. Bandaj qarın boşluğu divarına ilişdirilmiş inyeksiya sahəsinə (rezervuar) birləşdirilən əlaqələndirici boruya malik olur. Bandajın gərilmə dərəcəsini rezervuardakı mayeni artırıb azaltmaqla tənzimləmək mümkündür. Uzunmüddətli çəki itkisi zamanı əldə edilən nəticələr mədə əməliyyatı daxil olmaqla digər tip əməliyyatlarla əldə edilən nəticələrə nisbətən daha aşağı olur. Mədənin boruvari rezeksiyası (Sleeve gastrectomy) Getdikcə bariatrik cərrahiyyənin geniş yayılmış növlərindən olmağa başlayır. Prosedur laparoskopik yolla icra edilir və əməliyyat zamanı mədənin geniş bir hissəsi kənarlaşdırılır. Açıq şaquli kənarlar yenidən birləşdirilərək qolşəkilli boru formasını alır. Qida normal olaraq mədədən onikibarmaq bağırsağa keçir. Mədənin saxlanılmış hissəsi 100 - 200 ml həcminə malik olur, yəni bu o deməkdir ki, əməliyyatdan sonra yalnız bu həcmdə qida qəbul etmək mümkün olur. Uzun vadəli nəticələri göstərəcək elmi məlumatlar hələki məhdud saydadır. 2 il ərzində aparılan təkrari müayinələr zamanı çəki itirilməsinin nəticələrinin mədə şuntlama (Gastric bypass) əməliyyatının nəticələri qədər uğurlu olduğu müəyyən edilmişdir. Mədə bandajı Şişirilə bilən maye tərkibli silikon bandaj (təxminən barmaq qalınlığı qədər) mədənin yuxarı hissəsinin ətrafında yerləşdirilir. Bandaj qarın boşluğu divarına ilişdirilmiş inyeksiya sahəsinə (rezervuar) birləşdirilən əlaqələndirici boruya malik olur. Bandajın gərilmə dərəcəsini rezervuardakı mayeni artırıb azaltmaqla tənzimləmək mümkündür.