У нас вы можете посмотреть бесплатно Anım Günündə Fəxri xiyaban, Şəhidlər xiyabanı, Zəfər parkı və Hərbi Memorial Məzarlıq ziyarət edilib или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Anım Günündə Fəxri xiyaban, Şəhidlər xiyabanı, Zəfər parkı və Hərbi Memorial Məzarlıq ziyarət edilib 27 Sentyabr – Anım Günü münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti tərəfindən Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin məzarları ziyarət olunub. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti əvvəlcə Fəxri xiyabanda Ümummilli Liderin abidəsi önünə gül çələngi qoyub, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirib. Nazirliyin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, üzərinə tər qızılgüllər düzüb, ruhuna ehtiram göstərib. Sonra Şəhidlər xiyabanı ziyarət olunub. Ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş Vətən övladlarının məzarları, “Türk şəhidliyi” və “Əbədi məşəl” abidələrinin önünə gül dəstələri düzülüb, şəhidlərimizin xatirəsi yad edilib. Zəfər parkına gələrək Zəfər Abidəsini ziyarət edən Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti şəhidlərə ehtiram əlaməti olaraq abidə önünə gül çələngi qoyub. Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, yenidənqurma işləri aparılmış İkinci Şəhidlər xiyabanı kimi tanınan ərazi ziyarət olunub. Hərbi Memorial Məzarlıqda Müdafiə Nazirliyinin rəhbər heyəti 44 günlük Vətən müharibəsini somvolizə edən monumental abidənin önünə gül çələngi qoyub. Şəhidlərimizin xatirəsinə hörmət və ehtiram nümayiş etdirilib. Tədbir çərçivəsində müdafiə naziri general-polkovnik Z.Həsənov və digər rəhbər şəxslər şəhid ailələri ilə görüşərək onların qayğıları ilə maraqlanıblar. Görüş zamanı şəhid ailələri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Anım mərasiminin sonunda – saat 12:00-da Müdafiə Nazirliyinin rəhbərliyi, hərbi qulluqçular və şəhid ailələri Hərbi Memorial Məzarlıqda şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. https://mod.gov.az/az/news/anim-gunun... ____ Alley of Honor, Alley of Martyrs, Victory Park, and Military Memorial Cemetery visited on Remembrance Day https://mod.gov.az/en/news/alley-of-h...