У нас вы можете посмотреть бесплатно Qaraciyər yağlanmasından necə qurtulaq? или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Qastroenteroloq-hepatoloq Nazlı Qasımova Tel: (055) 297 33 31 İnstaqram: dr.qastroenteroloq.nazli Facebook: / drnazli-qasimova-2197011603688562 Qaraciyər yağlanması nədir? Normada qaraciyərin bütün hüceyrələrində cüzi miqdarda lipidlər və yağlar var. Bunların miqdarı normadan artıq olarsa, qaraciyərdə yağlanma adlanan bir durum yaranır. Əgər qaraciyər hüceyrələrinin 5-10%-dən artığı yağlanırsa, qaraciyər yağlanması diaqnozu qoyula bilər. Yağ lipidlərinin miqdarı qaraciyər hüceyrələrinin içərisində artdıqca, hüceyrələr zədələnir, qaraciyərdə müəyyən iltihabi reaksiyalar gedir, nəticədə qaraciyərin fibrozu, qaraciyər serrozu, qaraciyər xərçəngi, qaraciyər çatışmazlığı kimi ağır xəstəliklər yarana bilər. Qara ciyər yağlanmasının yaranma səbəbləri Qaraciyər yağlanması piylənmədən əziyyət çəkən, qanda lipidlərin, xolesterinin normadan artıq olan, metobolik sindromlu xəstələrdə, şəkərli diabet xəstələrində, hipodinamiyada olan insanlarda daha çox rast gəlinir. Bəzi dərman preparatlarını uzun müddət qəbul edən, davamlı olaraq parenteral qidalanan şəxslərdə də qaraciyər yağlanması qeydə alına bilər. Qara ciyər yağlanmasının simptomları Qara ciyər yağlanması ilkin mərhələdə simptomsuz olur. Bu xəstəlik çox zaman təsadüfi müayinələr nəticəsində ortaya çıxır (ultrasəs və ya kompüter tomoqrafiyası zamanı). Lakin yağlanmanın dərəcəsi artdıqca, qara ciyərin ölçüləri böyüdükcə, onun üzərindəki qlisson kapsulu gərilir və piylənmənin axırıncı mərhələlərində sağ qabırğaaltı nahiyədə ağırlıq hissi, ağrı və köpmə hissləri yaranır. Ona görə də mütləq check-up müayinələrindən keçmək lazımdır ki, qaraciyər yağlanması erkən aşkarlansın və müalicə olunsun.