У нас вы можете посмотреть бесплатно "Əlmucəz fi usulil-Fiqh" dərsləri -80 или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Bismilləəhir-Rahməənir-Rahiim. Hövzə dərsləri dedikdə ilk olaraq tələbələrin zehninə əqaid və fiqh elmləri gəlir. Fiqh elmi şəriət məsələlərini Quran və hədislərdən istinbat edən (çıxaran) elmdir. Lakin istinbat əməliyyatı o qədər çətin və mürəkkəb bir əməliyyatdır ki, xüsusi qayda-qanunları mükəmməl şəkildə qavramayan kəs ilahi hökümləri düzgün şəkildə istinbat edə bilməz. Düzgün istinbat qaydalarını öyrədən elmə "Usulul-Fiqh" elmi deyilir. Bu sahədə yüzlərlə kitablar təlif olunmuşdur. Bu kitabların bəziləri sırf elmi material kimi yazılmış, bəziləri isə dərslik kitabı kimi istifadə olunsun deyə qələmə alınmışdır. Dərslik kitabı ünvanında yazılmış ən gözəl "ÜSUL" kitablarından biri də çox hörmətli alim, böyük müctehid Ayətullahul-Uzma Şeyx Cəfər Sübhani ağanın qələmə aldığı Üsul dərsliyidir. Bu dərslik üç mərhələ üçün nəzərdə tutulub: İbtidai, orta və ali mərhələr üçün. İbtidai mərhələ üçün qələmə aldığı əsərinin adını "Əlmucəz fi Usulil-Fiqh" qoymuşdur. Bu gözəl kitab özünəməxsus dili və üslubu ilə bu sahəyə qədəm qoyan hər bir tələbəyə Usul elmini ən gözəl şəkildə izah edir. Bu səbəbdən də bu dəyərli kitabın tədrisini şeyx Lətif Lətifovun təqdimatında siz əzizlərin ixtiyarında qoyuruq.