У нас вы можете посмотреть бесплатно Fərdi yaşayış evi tikənlərin diqqətinə! | Ekspertdən mühüm açıqlama или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Fərdi yaşayış evi tikənlərin diqqətinə! | Ekspertdən mühüm açıqlama Ev tikintisinə başladıqdan sonra müxtəlif qurumların işlərin aparılmasına icazə verməməsindən çoxları şikayət edir. Bununla da vətəndaş ya tikintini davam etdirmək üçün müxtəlif yollarla razılıq əldə etməli, ya da tikintini yarımçıq saxlamalı olur. Hətta işi davam etdirib başa çatdıranların da bir çoxu sonda evi sənədləşdirməyə nail ola bilmir. Görünən odur ki, fərdi ev tikintisinə başlayanların əksəriyyəti bu sahədəki qanunvericilik barədə məlumatlı deyil. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, torpaq sahəsində təyinatı üzrə mərtəbələrin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımların uzunluğu 6 metrdən çox olmayan evlərin tikintisi ilə bağlı icazə tələb olunmur. Bunun üçün müvafiq qurumları məlumatlandırmaq kifayətdir. Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, hər hansı fərdi yaşayış evinin tikintisi üçün mütləq şəkildə tikinti aparılacaq ərazinin torpağının çıxarışı olmalıdır: “Daha sonra vətəndaş tikəcəyi fərdi yaşayış evinin layihəsini memarlıq şirkətlərinin birinə çatdıraraq ümumi sənədlərin toplusunu, yəni çıxarışın, layihənin və şəxsiyyət vəsiqəsinin sürətini aidiyyəti qurumlara göndərir. Həmin sənədlər toplusunu Dövlət Şəhərsalma və Arxitektura Kompleksi ilə bərabər, həmçinin yerli icra hakimiyyətinin memarlıq şöbəsi də görə bilir. Əgər layihə torpaq sahəsinə uyğun çəkilibsə və tikinti normativləri tam dolğun özünü əks etdiribsə, vətəndaş bəlli bir zamandan sonra həmin tikintiyə başlaya bilər”. Əgər layihələndirmə düzgün aparılmayıbsa, o cümlədən sıxlıq əmsalına əməl edilməyibsə, 10 gün müddətində vətəndaşa həmin problemlərin aradan qaldırılması ilə barədə xəbərdarlıq edilir. Deyilənlərə əməl edildikdən sonra tikintiyə başlamaq olar. Burada sıxlıq əmsalı dedikdə tikilinin sahəsinin və altındakı ərazisinin torpağın sahəsinə olan nisbəti nəzərdə tutulur. Belə ki, tikilinin altındakı ərazi torpağın sahəsinin 40 faizindən, tikilinin ümumi sahəsi isə 60 faizindən çox olmamalıdır. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber / baku.tv / bakutvofficial https://www.baku.tv ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI QAPQARA ➧ • QAPQARA AYDIN TARİX ➧ • AYDIN TARİX ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir? O VAXTLAR ➧ • O VAXTLAR SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD BAKU ANALİTİK ➧ • ANALİTİK BAXIŞ BAKU MED ➧ • BAKU MED RƏSMİLƏR ➧ • RƏSMİLƏR BAKU AKTUAL ➧ • AKTUAL GÜNDƏM RETRO BAKU ➧ • RETRO BAKU ARAŞDIRMA ➧ • ARAŞDIRMA 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİKASI Fərdi yaşayış evi tikənlərin diqqətinə! | Ekspertdən mühüm açıqlama 2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #ev #tikinti #tikintiicazəsi #yaşayışevi #evtikintisi