У нас вы можете посмотреть бесплатно İsmayıllı rayonu Tircan və Maçaxı kəndindən qısa video görüntülər. или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Tircan kəndi qədim yaşayış məskənlərindən biridir. Aparılan tədqiqatlar aşkar etmişdir ki, kəndin yerləşdiyi ərazi bir neçə dəfə dəyişmişdir. 1.Soğanlıq (e.ə. I əsr) 2.Xəşdöşə (təxminən 1500–1620-ci illər) 3.Köhnə kənd (1620–1907-ci illər) 4.Kəndin indi yerləşdiyi yer (1907-ci ildən başlayır) Son tarixi araşdırmalar onu deməyə əsas verir ki, kəndin şimalında Daşdəmir, Cavanşir və s. yerlərdə də yaşayış mövcud olmuşdur. Tircanın ilk yaşayış yeri indiki kəndin yerindən 1 km cənubda olan “Soğanlıq” adlanan yer olmuşdur. Eramızdan əvvəl 1–ci əsrdə mövcud olmuş Alban dövlətinin tərkibinə aid olmuş “Soğanlığ” deyilən yerdə yerləşən Tircan kəndi cənubda Kükürdlü dərəsi, şərqdə Heyvalı, qərbdə Kor bulaq, şimalda isə indiki kəndin cənubuna qədər olan böyük bir sahəni əhatə etmişdir ki, bu da təxminən 70–80 ha bərabərdir. E.ə. Albaniya dövlətində 26 tayfa mövcud olmuşdur. Soğanlıq ərazisində yerləşən Tircan kənd əhalisi bu tayfalardan biri olmuşdur. Qədim Albanların etnosundan yazan tarixçilər albanların gözəl, hündür boylu, sarışın, boz gözlərə malik olduqlarını qeyd etmişlər. Bu insanlar aborogen–yerli insanlar Azərbaycan, Dağıstan və Qafqazın başqa vilayətlərinin dağ və dağətəyi bölgələrində təmsil olunan kafkasion tipinin nümayəndələri olmuşlar. Tircan İsmayıllı rayonun mərkəzindən 23 km cənub şərqdə Şamaxı–İsmayıllı avtomobil yolu kənarında dağ ətəyində yerləşir. Əhalisi əsasən təsərrüfatla və heyvandarlıqla məşğuldur. Mədəniyyət evi, orta məktəb, məscid, tibb məntəqəsi var. Maçaxı kəndi Girdiman çayı sahilində, dağətəyi ərazidə yerləşir. Bəzi tədqiqatçılar toponimi çeçenlərin mıçıqıç tayfasının, yaxud da massagetlərin adı ilə bağlayırlar. Adın dəqiq mənası müəyyənləşdirilməmişdir. #ismayıllı #ismayillirayonu