У нас вы можете посмотреть бесплатно Kürdəmir döyüşləri – 1918-ci il или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
1918-ci ilin may ayının 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan edildi. 1918-ci ilin iyun ayında hökumət Gəncə şəhərinə köçdü və məqsədinin Bakını işğaldan azad etmək olduğunu elan etdi. Şaumyanın liderliyindəki Bakı Soveti, türk ordusunun Gəncədə toparlanmasına fürsət verməmək üçün hərbi hərəkata başlanması istiqamətində qərar aldı. Rus bolşevik və erməni daşnaklardan ibarət olan hərbi qüvvələrə Yevlax şəhərinə qədər olan düzlükdəki bölgələri işğal etməsi və Yevlax körpüsünü ələ keçirməsi üçün təlimat verdi. Erməni və rus dəstələri 6 iyun 1918-ci il tarixində Bakıdan yola çıxaraq toplanma yeri olan Hacıqabula doğru hərəkət etdilər. Yolları üzərindəki yaşayış məntəqələri ilə Qazıməmməd və ətrafındakı kəndləri talan etdilər. Bir çoxunu yandırıb məhv etdilər. Hacıqabul stansiyasında toplanmağa başlayan Qızıl Ordu qüvvələri 10 iyundan etibarən Gəncəyə getmək üzrə yola çıxdı. Qızıl Ordu qüvvələri 11 iyunda Kürdəmirin Sığırlı stansiyasını ələ keçirdi. Şaumyan türk hərbi qüvvələrinin hələ hamısının Gəncəyə çatmadığını da xəbər almışdı. Bakı Soveti komissarı lehinə olan bu durumdan faydalanmaq istəyirdi. Sığırlı stansiyasının ələ keçirilməsi Şaumyanı son dərəcə ümidləndirdi. Leninə göndərdiyi teleqrafda hadisəni anladarkən belə demişdi. "Hərbi qüvvələrimizin ön qüvvələri 11 iyunda Sığırlı stansiyasını işğal etmişdir. Kəşfiyyat qolumuz isə Karrar stansiyası yaxınlarında top atəşinə tutulmuşdur. Hərbi qüvvələrimiz irəli hərəkət etməkdədir".Qızıl Ordu hərbi qüvvələrindən birinci qol Bakı – Hacıqabul dəmir yolu boyunca qərbə doğru irəliləyərək Müsüslü stansiyasına qədər olan bölgəni nəzarət altına aldı. Digər qol isə Hacıqabuldan keçərək Kürdəmir şəhərinin önlərinə çatdı. Bölgədəki Qızıl Ordu qüvvələri burada toplanaraq, Gəncədən təxminən 150 kilometr uzaqlıqda olan Kürdəmir üzərinə hərəkət etdi. Şəhəri müdafiə etməyə çalışan Azərbaycan türklərindən ibarət milis qüvvələrinin müqaviməti bir nəticə vermədi. Qızıl Ordu qüvvələri Kürdəmir ilə buradakı stansiyanı nəzarət altına aldılar. İyulun 7-də Qafqaz İslam Ordusunun komandan Nuru Paşa Osmanlı sultanı VI Mehmet Vəhidəddindən təbrik teleqram aldı.Bu teleqramda Sultan Kürdəmirin xilası uğrunda aparılan əməliyyatlarda türk-azərbaycan döyüşçülərinə zəfər arzulayırdı. Bu teleqramdan ruhlanan döyüşcülər iyulun 8-də Kürdəmirin azad olunması əməliyyatına başladılar.Kürdəmirin azad edilməsi məqsədilə 1918-ci il iyulun 5-dən 10-na qədər keçirdiyi döyüş əməliyyatına Həbib bəy Səlimovun rəhbərliyi altında Müsüslü dəstəsi, Həsən bəyin 46-cı piyada taboru ilə toplu süvari alayından ibarət dəstəsi və cəbhənin gücləndirilməsi üçün sonradan cəlb olunmuş əlavə qüvvələr, düşmən tərəfdən isə Qırmızı ordunun 1-ci briqadası, İrandan yenicə gələrək, cəbhə komandanı təyin edilmiş Biçeraxovun dəstəsi və təlimatçılar məktəbinin bölmələri iştirak edirdilər. Düşmənin hərbi qüvvələri, əsasən, Birinci dünya müharibəsindən (1914–18) Bakıya gətirilmiş və Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmiş daşnak-erməni zabit və əsgərlərindən ibarət idi. Türk-Azərbaycan qoşun hissələrinin azlığı və bolşevik-daşnak qoşunlarının mövqelərinin daha əlverişli olması qırmızıların ilk günlər Müsüslü dəstəsi ilə Həsən bəyin dəstəsinin qarşısını saxlamasına, hətta, şimal istiqamətində Ağsuya doğru bir qədər irəliləməsinə imkan vermişdi.Bolşevik-daşnak qüvvələrinin hücumlarının genişlənməsinə yol verməmək üçün 5-ci Qafqaz diviziyasının 13-cü piyada alayı Kürdəmir ətrafına yönəldildi. Alay Həsən bəyin dəstəsi ilə birləşərək, şimal tərəfdən Kürdəmirə hücum etməli idi. İyulun 8-də ağır döyüşlər oldu. Düşmənə əsas zərbənin 13-cü alay tərəfindən vurulacağı nəzərdə tutulsa da, Qırmızı ordunun bura xeyli qüvvə çıxarması vəziyyəti mürəkkəbləşdirmişdi. Biçeraxov 13-cü alaya qarşı 8 top və 8 pulemyotla müşayiət olunan qüvvə çıxarmışdı. Döyüş gecəyə kimi davam etdi, ciddi müqavimətlə üzləşən 13-cü alay iyunun 8-i gecəsini İbrahimbəyli və Qarasaqqal kəndləri arasında keçirdi. Müsüslü dəstəsinin fəallığı da gün ərzində cəbhədəki mövqelərdə ciddi dəyişiklik yaratmadı. Zirehli qatardan və ətraf landşaftdan bacarıqla istifadə olunması düşmənin müqavimətini xeyli artırmışdı. 3 gün 2 gecə davam edən qanlı döyüşlər sonda bütün cəhdlərinə baxmayaraq, düşmən Qarasaqqalı-Kürdəmir cəbhəsində türk-azərbaycan hərbi birliklərinin qarşısını saxlaya bilmədi və döyüş 1918-ci ilin 10 iyul axşamı tam qələbə ilə başa çatdı və Kürdəmir şəhəri düşməndən azad olundu.Həmçinin Aşağı Şilyan əməliyatıda qələbə ilə başa çatdırıldı və düşmən kənd camaatı tərəfindən “erməni batan” adlı yerdə məhv edildi. 12-14 iyul 1918-ci il tarixlərində Karrar kəndində və “Qarasaqqalı bağları” deyilən ərazidə məhv edildi və iyulun 22-də Sığırlı stansiyası işğaldan azad olundu. 1918-ci ilin iyun-iyul aylarında erməni-daşnaklar tərəfindən Kürdəmirdə 4017 nəfər soydaşımız qətlə yetirilib, 35 kənd yerlə-yeksan olunub, 56 ev və dükan, 127 şəxsi mülk və 2 məscid yandırılıb.