У нас вы можете посмотреть бесплатно Lala Aslanur- İlk Bahar rəqsi или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
2024 ci il iyunun 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti "Şərəf" və "Şöhrət" ordenli xoreoqraf Roza Cəlilovanın 95 illik yubileyinə həsr olunmuş konserti baş tutmuşdur. Onu səhnəmizin “ağ çiçəyi” adlandırırlar. Doğrudan da, milli rəqslərimizin sədaları altında qanad açıb quş kimi süzən ürkək baxışlı, zərif yerişli bu xanımı ağ göyərçinə, qağayıya, durnaya bənzədənlər, bənövşə ilə müqayisə edənlər də olub. Rəqs meydançasında özünü suda balıq kimi hiss edən milli rəqslərin gözəl və bənzərsiz ifaçısı özü də çox rəqsə quruluş verib. Bəstəkar Cahangir Cahangirov “Ağ çiçəyim” mahnısını məhz onun şərəfinə yazıb. Rəqs sənətinin korifeyi Roza Cəlilovanın nəvəsi Lalə Aslanour ifasında “İlk bahar” rəqsi və digər rəqs nömrələri görkəmli ifaçının sənət estafetinin layiqli davamçısı olduğunu nümayiş etdirib. Xüsusən qeyd etmək istərdik ki, həsr olunmuş gecədə Roza Cəlilovanın nəvəsi Lala Aslanour "İlk Bahar" rəqsini illər öncə Roza Cəlilova necə ifa etmişdirsə eyni tərzdə və eyni üslubda dəqiq şəkildə canlandırmışdır. Roza Cəlilova milli xoreoqrafiya sənəti tarixində peşəkar təhsil alan ilk azərbaycanlı rəqqasələrdən biridir.