У нас вы можете посмотреть бесплатно HEYVANIN 10 ƏSAS XEYRİ или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Heyva ləzzəti və faydalarıyla ən qədim zamanlardan bəri sevilərək yeyilən meyvədir. Bu dadlı və faydalı meyvə güclü müalicəvi təsirə malikdir. Enerji mənbəyi olan heyva gün ərzində itirilən enerjinin bərpa edilməsi üçün olduqca faydalıdır. 1. Qış mövsümünün ən çox yayılan problemləri olan soyuqdəymə və qrip əleyhinə çox təsirli vasitədir. Qalıcı və xronik öskürəyə və bronxit xəstəlikləri üçün də əlverişlidir. Heyvanı qaynadıb suyunu içsəniz təsirini tez bir zamanda hiss edə bilərsiniz. 2. Stressli insanlara sakitləşdirici kimi təsir edir. Özünü gərgin, narahat və əsəbi hiss edənlərin ən doğru seçimi heyva olmalıdır. 3. Həzm sistemi üçün olduqca faydalıdır. Bağırsaqlarda yaranan iltihabı aradan qaldırmağa kömək edir.Əgər bağırsaq fəaliyyəti pozğunluğu yaşayır və qəbizlikdə əziyyət çəkirsinizsə bu yolda heyva sizə yardım edə bilər. 4. Heyva ürək döyüntüsünü normallaşdırmağa yardım edir.Təsadüfi deyil ki, sürətli ürək döyüntülərindən əziyyət çəkən insanlara həkimlər müntəzəm şəkildə heyva yeməyi tövsiyə edirlər. 5. Anemiya xəstəliyindən əziyyət çəkənlər üçün də heyva çox önəmlidir. Qan azlığından şikayət edənlər heyvanın komptunu hazırlayıb ondan mütəzəm şəkildə qəbul edərək problemə əlac tapa bilərlər. 6. Qaraciyər və fəaliyyəti, bərpası üçün olduqca böyük təsirə malikdir. Qanda olan xolesterini qaydaya salır. 7. Varikoz müalicəsi zamanı heyva olduqca faydalıdır. Müntəzəm olaraq heyva yemək xüsusilə ayaq nahiyəsində olan varikozları və damarların rahatlanması üçün xeyirlidir. 8. Tərlədici təsirə malikdir. Əgər idmandan öncə daha çox tərləyib və orqanizminizdən toksinləri uzaqlaşdırmaq istəyirsinizsə, idmana başlamazdan yarım saat əvvəl heyva yeməyiniz məsləhətdir. 9. Heyva həmçinin cinsi istəyi gücləndirən meyvə kimi də məşhurdur. Durğun və həyəcanı ölən intim həyat sürənlər bu meyvəni öz qida rasionlarına mütləq şəkildə əlavə etməlidirlər. 10. Şiddətli baş ağrıları yaşayan şəxslər üçün heyva tövsiyə edilir.Bir ovuc heyva çiçəyini bir qaşıq bal ilə qarışdırın və məcun halına gəldikdən sonra 1 stəkan su ilə udun. Təsirini isə artıq yarım saat sonra görəcəksiniz #xfaktlar#heyva#heyvaninfaydasi#