У нас вы можете посмотреть бесплатно Идеальная еда для мальков. Инфузория (туфелька) — 100% результат. или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Salam, hörmətli izləyicilərim! Söz verdiyim kimi, bu gün sizə İnfuzoriya (Tufelka) necə çıxarılır izah edəcəyəm. Bunun üçün bizə lazım olacaq 1 litr həcmində boş şüşə banka Xüsusi hazırlanmış qapaq Bu qapağı sınmış akvarium qızdırıcısının şüşəsindən istifadə edərək hazırlamışam və silikonla bankanın qapağına möhkəm bərkidilmişdir. Qalın deşikli qupka Qupkaya məftil bağlamışam ki, onu istədiyim səviyyəyə qədər endirə bilim. Bu üsul təmiz su ilə çirkli (infuzoriyalı) suyu bir-birindən rahat ayırmağa imkan verir. İstifadə qaydasını bir az sonra göstərəcəyəm. İnfuzoriya ilə hazır məhlul Bu məhlulu 10.10.2025 tarixində hazırlamışam və təxminən 1 həftəyə tam hazır olur. Hazırlanma qaydasını yuxarıdakı keçiddən görə bilərsiniz. Hazır infuzoriya məhlulunu boş bankaya əlavə edirəm və bankanı ağzına qədər doldururam. Daha sonra qapağı möhkəm şəkildə bağlayıram. İnfuzoriyalı su çirkli olduğu üçün, borunun içinə təmiz akvarium suyu əlavə edirəm və əvvəl göstərdiyim qupkanı təmiz su ilə çirkli suyun arasına yerləşdirirəm. Təmiz akvarium suyunu borunun tam ağzına kimi doldururam. Qupkaya məftil bağlamağımın məqsədi onu sonradan rahat şəkildə çıxara bilməkdir. Burada hazırladığım bankanın son vəziyyətini görürsünüz. Qupka təmiz və infuzoriyalı suyun arasında yerləşdirilib və su qatlarını qarışdırmadan ayırır. 4 saat sonra Bu mərhələdə infuzoriya artıq tam şəkildə ayrılıb. İşıq altında tufelka aktiv şəkildə bir nöqtədə toplanır. Bu üsulla ən təmiz və canlı infuzoriyanı əldə etmək mümkündür. Bala balıqlar üçün ideal başlanğıc yemidir. Yaxından baxdıqda hərəkəti aydın görünür. Təşəkkürlər.