У нас вы можете посмотреть бесплатно Majlis Meyxana Konserti - Vətənim var или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Əliağa Vahidin doğum gününə həsr olunmuş meyxana konsertindən ilk qafiyəni sizinlə bölüşürük. Konsert 2026-cı il 17 fevral tarixində Circus Sea Breeze-də baş tutmuşdur. Aparıcı: Vüqar Əbdülov İştirakçılar: Ruslan Müşviqabad, Cahangeşt Balaxanı, Rüfət Dahi, Pərviz Arif, Baba Qədirli, Pünhan Azim. Layihə rəhbəri: Ülvü Yunisli Layihə kordinatoru: Babək Həsənzadə Dizayner: Ceyhun Rüstəmli Kreativ direktor: Elgün Ağayev Kopirayter: Rəvan Əli Sübhan Lyrics: Fəxr eyləmə ey bülbüli-şeyda çəmənim var, Qoy fəxr eləyim mən ki, gözəl bir vətənim var. (Əliağa Vahid) Xalqım mənim olmuş beşiyindən sözə həssas Vahid kimi şairlərimizdən bizə miras Meyxanə mənim xalqıma ancaq sayılır xas Yalnız mənə məxsusdu bu dünyadə mənim var. Şükr edirəm Allaha parlaq sabahımçün, Hər anı qızıldan baha parlaq sabahımçün, Azad bugünümçün, daha parlaq sabahımçün, Sərkərdələr imzası atılmış dünənim var. Möhkəm zəfər addımları etdikcə müşaiyət Bitməz bu vətən şərqisi, bitməz bu hekayət Al-qanə boyansam vətənimçün nə şikayət? Zənn eylərəm əynimdə qızıl pirəhənim var. Paytaxtımız olduqca nağılvari şəhərdi Ətrafı müasir və qədim abidələrdi Hər bir daşı bir tarixə söykənmiş əsərdi Hər qülləsi sönməz bir alov göydələnim var. Biz güllələri güllərə döndərdik uşaqçün Tam birləşib ətdən çəpər olduq Qarabağçün Yad qüvvələrin zərbələrindən qorumaqçün Qalxan da gərəkməz sipər olmuş bədənim var. Son damla qanın tökməyə öz yurduna xatir Öz ailəsin topladı bir yaşlı komandir İllərlə yolun gözləyən insanlara bir-bir Bir söz dedi mən getməliyəm gözləyənim var Ey düşmənə göz dağı böyütmüş Ana, əhsən, Dağlar belə məğrur dura bilməzdi qətiyyən, Qalsam sizin iffət çəkən övladınızam mən, Ölsəm sizin ağ saçlarınızdan kəfənim var. El qədrini kim bilməsə, el qədrini bilməz Bizlərdə qiymətlilərin ardı kəsilməz Bir-bir demək olsaydı deyərdim, saya gəlməz Çox qəhrəmanım var, igidim var, ərənim var. Hər sahəyə lazım qədər ayrıldı vəsait, Hər bir şəhərin şəninə şəhanə şərait, Hər guşəsi sakit yaşam asayişi sabit, Zəhmətlərin ərzində pozulmaz düzənim var. Qəlbimdəki mərdanəliyin məşəli sönməz, Üçrəngli vətən bayrağı yüksəldisə, enməz, Minlərlə oğul var ki, bu yoldan geri dönməz, Çün Ali Komandan kimi yol göstərənim var. Ruhumda dəmir yumruğun əzmiylə dəmadəm Çöhrəmdə əzəldən dəyişilməz bir ifadəm Müşkülləri dəf etmək üçün möhkəm iradəm Öz yurdumu hifz etmək üçün özgüvənim var. Göstərmək üçün sənəti sənət şəkilində Həm sizləri, həm bizləri heyət şəkilində Cəm eyləyən ətrafına vəhdət şəkilində Vahid kimi görkəmli ziyalım, mədənim var.