У нас вы можете посмотреть бесплатно Tavada pizza или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Karantindəsiz və özünüzü təcrid olunmuş hiss edirsiz. Anlayırsız ki, bu müvəqqətidir və yenidən adi həyatınıza qayıda biləcəksiniz, lakin yenə də hirslənirsiz, kefsiz olursuz, yaşadığınız anlardan zövq ala bilmirsiniz. Bəs bu çətin zamanda müvəqətti yox, ömür boyu doğmalarının səsindən, günəşin işığından, göy çəmənin şehinə ayaq basmaqdan məhrum olanları heç düşünmüsünüz? Nuranə Abıyevanın sayəsində tanış olduğumuz eşitmə və nitq qüsuru olan əkiz bacılar Zəhra və Fatimə AppaVideos mətbəxinin qonaqları oldular. Həyat dolu, mehriban, pozitiv iki gözəl bala. Sayənizdə həyata baxışımız dəyişdi! Çəkilişimiz çox şən abu-havada, zövqlü və maraqlı keçdi. Menyumuzda bu gün tava üsulu pizzadır. Bizimlə bərabər bişirin və pozitiv olmağı öyrənin! AppaVideos adından əziz balalarımıza, Nuranə xanıma və 3 saylı Respublika Xüsusi İnternat məktəbinin kollektivinə təşəkkür edirik! Keçək reseptimizə... Lazım olanlar: Xəmir üçün 1 yumurta 1 stəkan qatıq 1/2 çay qaşığı duz 1/2 paket qabartma tozu 1 stəkan un Sous üçün 2 xörək qaşığı pomidor pastası 2-3 xörək qaşığı bitki yağı Üzərinə İstədiyiniz tərəvəzlər (bizim reseptdə pomidor, yaşıl bibər və tumsuz zeytun) Pitsa üçün pendir (Motsarella, kaşar) Xəmirimizi yoğurduq və 4 parçaya ayırdıq. Təxmini 0.5 sm qalınlığında yayırıq, tavaya qoyuruq və bir iki yerdən çəngəlləyirik. Xəmirin üzərinə sous gəzdiririk və pendirimidən bir az səpələyib üzərinə tərəvəzlərimizi qoyuruq. Tavanın qapağını qoyub 20 dəqiqə ərzində bişiririk. Hazır olmağına az qalmış üzərinə əlavə pendir səpirik ki, pitsamız daha ləzzətli olsun. Uşaqlar öz ailələrin istəyi ilə bizim çəkilişdə iştirak ediblər. Çəkiliş zamanı daimi nəzarət altında olublar. İsti soba və kəsici alətlər ilə övladınızı təkbaşına buraxmayın. Balanız ilə bərabər bişirin, ona sağlam qidalanmanın əhəmiyyətlərindən danışın və bizə öz reseptlərinizi göndərin: videosappa@gmail.com