У нас вы можете посмотреть бесплатно ABŞ-ın Küveytdəki səfirliyinin yaxınlığına zərbə endirildi | APA TV или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#APATV #israil #iran İraqın Kürdüstan regionunun paytaxtı Ərbil şəhərində güclü partlayışlar baş verib. Apa xəbər verir ki, bu barədə “Al Jazeera“nin bölgədəki müxbiri bildirib. Məlumata görə, Ərbil Beynəlxalq Hava Limanına raket və dron hücumları olub. İraq Hava Hücumundan Müdafiə sistemləri hücumların qarşısını almağa çalışır. “Al Jazeera“ telekanalının digər məlumatına görə, ABŞ-ın Küveytdəki səfirliyinin yaxınlığına zərbələr endirilib. Səfirlik ABŞ vətəndaşlarına çağırış edərək, onları sığınacaqlarda qalmağa çağırıb. Eyni zamanda, raket-dron hücumlarının davam etdiyi bildirilib. Küveytdə ABŞ Hərbi Hava Qüvvələrinin F-15 qırıcısı da qəzaya uğrayıb, pilot sağ qalıb. Bundan başqa Bəhreyn də İranın hücumlarına məruz qalıb. “Reuters“ə isə məlumat yayıb ki, Böyük Britaniyanın Kiprdə yerləşən aviabazasına dron hücumu edilib. Bazaya maddi ziyan dəysə də, tələfat qeydə alınmayıb. Məlumata görə, İran aviabazaya “Şahed” dronu ilə zərbə endirib. SEPAH-ın İctimaiyyətlə Əlaqələr şöbəsi məlumat yayıb ki, İran İsrailə qarşı 10-cu hücum dalğasında İsraildə hökumət kompleksini, Hayfadakı hərbi və təhlükəsizlik mərkəzlərini və Şərqi Yerusəlimi hədəfə alıb.Bundan başqa, İsraildə hərbi bazalar, dövlət və təhlükəsizlik qurumlarına yaxın olan mülki şəxslərə oradan uzaqlaşması tövsiyə olunub. “Tasnim”in məlumatına görə, İranın Fars vilayətinə edilən hava hücumlarında 35 nəfər həyatını itirib. Son iki gün ərzində Təbriz, Sərab, Marağa və Şəbüstərə edilən hücumlarda 27 nəfər ölüb. #apaxəbər #apatvxəbər #gundemxeberler #gününxəbərləri #sondeqiqe ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi ✅ Rəsmi X səhifəmiz: / apatvofficial ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOffic... Copyright © APA TV Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv