У нас вы можете посмотреть бесплатно Kövsər Qurban və İnci Qurban SAF 2025 qalibləri или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 17–19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2025) keçirildi. Fəxri Qonaqlar qismində Festivalı H.Əliyev Fondunun Vitse-prezidenti Leyla xanım Əliyeva, Bakı Media Mərkəzinin Rəhbəri Arzu xanım Əliyeva və həmçinin Alyona Əliyeva ziyarət etdilər və Festival iştirakçıları ilə xatirə foto çəkdirdilər. Bu il artıq 5-ci dəfə təşkil olunan STEAM Azərbaycan Festivalı çərçivəsində Məktəbimizin 6"ç" sinif şagirdi Kövsər Qurban və 3"a" sinif şagirdi İnci Qurban VidX kateqoriyası üzrə yarışdılar. Stop Motion və Süni intillekt ilə 2 animasiya hazırladılar, canlı olaraq isə Animasiyalarının Posterini çəkərək QALİB OLDULAR!!! Ümumilikdə SAF 2025-də iştirak üçün 5000-dən çox namizəd qeydiyyatdan keçmişdi. Final mərhələsinə isə 1415 iştirakçı vəsiqə qazandı. Onların 212 nəfəri 19 xarici ölkəni təmsil edirdi. Beləliklə, münsiflər və beynəlxalq iştirakçılar da daxil olmaqla, festivalda Azərbaycanla birgə ümumilikdə 22 ölkə təmsil olunurdu. Festivalda 1415 iştirakçıdan sadəcə 150 nəfər 1-ci yeri qazandı!