У нас вы можете посмотреть бесплатно Tofiq Bayram - Ay gecikən məhəbbətim - Kamran M. YuniS или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Tofiq Bayram - Ay gecikən məhəbbətim Bəstəkar - Emin Sabitoğlu İllər boyu səni gəzdim, Ay gecikən məhəbbətim! Sən yubandın, mən tələsdim, Getdi gənclik təravətim, Ay gecikən məhəbbətim! Mən bir yanda sənə möhtac, Sən bir yanda gəzdin əlac. İki qəlbdə bir ehtiyac, Övladıyıq bir həsrətin, Ay gecikən məhəbbətim! Saç ağartdım bu yollarda, Harda idin, söylə harda?! Bir yarpağam son baharda, Saralıram yetim-yetim, Ay gecikən məhəbbətim! Sən əzabsan, göz yaşısan, Bəxtimin son naxışısan, Bəlkə tale qarğışısan, Bəlkə də ilk səadətim, Ay gecikən məhəbbətim! Gəl ki, sənsiz ürək bir daş. Poz qanunu, sədləri aş. Sevə-sevə öləydim kaş, Sən olaydın vəsiyyətim, Ay gecikən məhəbbətim! Bir könül var, əmanətdir, Acısı da şirin dərddir. Bir qadına xəyanətdir, Bir gözələ sədaqətim, Ay gecikən məhəbbətim! Cəzan varsa, verən gəlsin, Könlü hicran görən gəlsin. Məcnun gəlsin, Kərəm gəlsin, Desin, nədir qəbahətim, Ay gecikən məhəbbətim! Bir xəstəyəm, əlacım sən, Bir koram, əl ağacım sən, Görüşünə əl açım sən – Gəl ol mənim son qismətim, Ay gecikən məhəbbətim!