У нас вы можете посмотреть бесплатно Rövşən Lənkəranskini güllələdilər - kriminal avtoritetin 90-ND-011 nömrəli avtomobili... или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
İstanbulun Beşiktaş rayonunda silahlı hücuma məruz qalan azərbaycanlı iş adamının "Rövşən Lənkəranski" kimi tanınan Rövşən Canıyev olduğu bildirilir. "kanal13"-ün verdiyi xəbərə görə, Rövşən Lənkəranski Barbaros bulvarındakı Yıldız prospektindəki otellərin birindən çıxarkən naməlum 2 nəfər tərəfindən güllələnib. Rövşən Canıyev və sürücüsünün cavab atəşi açması nəticəsində qarşıdurma yaşanıb. Hadisə nəticəsində ağır yaralanan iş adamı və sürücü xəstəxanaya çatdırılıb. Rövşən Lənkəranski və sürücüsünün həyatını tibbi müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. Hadisə haqqında Türkiyə mediası da məlumat yayıb. Məlumatda Lənkəranskinin vurulduğu qeyd olunsa da, ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı bildirilib. Faktla bağlı təfərrüatları əldə etməyə çalışırıq. Qeyd edək ki, Lənkəranski Azərbaycan dövlət nömrə nişanlı avtomobildə olub. Maşının nömrəsi isə 90-ND-011-dir. Yaxınlarının "kanal13"-ə verdiyi məlumata görə, Lənkəranski çoxlu sayda güllə yarası alıb. Hazırda Rövşənin qardaşı da təcili Türkiyəyə gedib. Qeyd edək ki, son vaxtlar Rövşən Lənkəranskinin qətlə yetiriləcəyi ilə bağlı Rusiya mediasında xəbərlər yer alırdı. Ded Xasanın qətlini təşkil etməkdə ittiham olunan azərbaycanlı "vorzakon"un öldürülməsi ilə bağlı qərar çıxarıldığı da bildirilirdi. Onu da əlavə edək ki, bu qərar Ded Xasanın ölümündən sonra onun yerinə keçən Şakro Molodoy tərəfindən verilib. Əldə etdiyimiz məlumata görə, Rövşənin vurulduğu avtomobil Süleymanov Coşqun Hidayət oğlunun adınadır. © Kanal13-ə məxsus hər hansı video material yalnız / kanal13az hesabına link verilməklə yayımlana bilər. Materialların loqolu və ya loqosuz başqa youtube hesablarına, saytlara və ya sosial şəbəkələrə yüklənərək yayılması qanunla məsuliyyət yaradır və şikayət ediləcək. ▌▌►Website: http://kanal13.tv/ Facebook Official Page: / tvkanal13 Facebook FanPage: / kanal13fanclub Twitter: https://twitter.com/#!/Kanal13_Baku https://plus.google.com/+Kanal13AZ/posts http://ok.ru/kanal13 https://vk.com/kanal13tv / kanal13tv Click & Subscribe to the main youtube Channel: / @kanal13az Online Radio BakuFm: http://baku.fm/ Facebook Official Page: / radiobakufm © KANAL13 [ Azərbaycanın ilk peşəkar internet televiziyası ] The First Internet TV of Azerbaijan