У нас вы можете посмотреть бесплатно Yaxın Şərq alovlanır: İran–İsrail müharibəsinin Azərbaycan üçün təhlükələri REAL TV`də təhlil edilib или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Yaxın Şərqdə İran ilə İsrail arasında hərbi qarşıdurma artıq açıq müharibə mərhələsinə keçib və əməliyyatlar davam edir. REAL Televiziyasının efirində müharibənin hazırkı vəziyyəti, Hörmüz boğazının bağlanması ilə bağlı yaranan qlobal enerji riskləri və regiona mümkün təsirlər geniş təhlil olunub. Verilişin qonaqları hərbi ekspert Ədalət Verdiyev və siyasi şərhçi Əhməd Şahidov olub. Hərbi ekspert Ədalət Verdiyev çıxışında əsasən əməliyyatların gedişatını şərh edib. O bildirib ki, münaqişənin sürətlə genişlənməsi regional təhlükəsizlik və hərbi balans üçün ciddi risklər yaradır. Ədalət Verdiyev həmçinin proksi qüvvələrin aktivləşməsi və böyük güclərin müdaxiləsi ehtimalının əməliyyatların gedişatını daha mürəkkəb hala gətirdiyini vurğulayıb. Siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Azərbaycan mövcud şəraitdə balanslaşdırılmış və praqmatik siyasət yürütməli, regional sabitliyi qorumağa yönəlmiş diplomatik xəttini davam etdirməlidir. Onun sözlərinə görə, Azərbaycanın əsas prioritetləri enerji və tranzit layihələrinin təhlükəsizliyi, sərhəd və kiber təhlükəsizlik tədbirlərinin gücləndirilməsidir. Əhməd Şahidov əlavə edib ki, realist və çevik siyasət yalnız Azərbaycanın strateji maraqlarını qorumağa imkan verəcək və regiondakı qeyri-sabitlik fonunda ölkənin təhlükəsizliyini təmin edəcək. O vurğulayıb ki, diplomatik fəallıq və təhlükəsizlik tədbirlərinin paralel aparılması Azərbaycanın riskləri minimuma endirə bilər.