У нас вы можете посмотреть бесплатно 6 dəfə yırtıq diaqnozu ilə əməliyyat olunmuş xanım xəstə nələr yaşayıb? 2 dəqiqə izlə və rəy bildir. или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Dr.Ramil Nadirov 🇦🇿 📲 050-386-97-66 📲 051 578 30 30 Xəstə qarın yırtığına görə bir neçə il ərzində 6 dəfə müxtəlif tibb müəssisələrində əməliyyat olunub. Son iki əməliyyatında qarını cırılmasın deyə tor ( #setka , #mesh ) qoyulmasına baxmayaraq müəyyən müddət sonra qarnı yenidən cırılıb. Bir müddət o formada yaşamağa qərar verib. Artıq həkimlərdən qorxduğunu və etibar etmədiyini dilinə gətirib. Təsadüfən qarşısına biz çıxmışıq. Görür görməz öz sağlamlığını bizə etibar etməyə qərar verir. Xanım xəstə oğlu ilə bizə müraciət edir. Xəstə artıq o qədər əziyyət çəkib ki, qərarında qəti idi. Çünki mənim üçün də qərar vermək çox çətin idi. Peşəsində elə ad qazanmış cərrahların adını çəkirdi ki, onlardan sonra mən həmin qarını əməliyyat etməliyəm. Məndən öncəki əməliyyatları həmin cərrahlar etmişdi. Yenə də yadıma düşdükdə tüklərim tikan olur. Amma nəticəmiz ilə qürurlanıram. Allah utandırmasın bizi. Keçək mətləbə. Xəstə müayinə edildi, videoda o halı siz də görürsünüz. Xəstədə residiv #postoperasion böyük ölçülü qarın yırtığı, #eventerasiya diaqnozu qoyuldu. Digər instrumental müayinələr ilə göstərilən diaqnoz təsdiq edildi. Xəstə bir müddət əməliyyat önü hazırlıq prosedurlarından keçirildi. Əməliyyat etmək qərarı verdik. Xəstəyə iki ədəd , dual 25×30sm və sintetik 30×30 sm meşlər (tor, setka) sifariş etdik. Bütün lazımi hazırlıqlarımızı etdikdən sonra xəstəmizi əməliyyat etmək üçün stasionara yatızdırdıq. Ümumi narkoz (Endotraxeal narkoz ETN) ilə əməliyyata aldıq. Əməliyyat köhnə çapıq toxumasının götürülməsi ilə başlanıldı. 6 dəfə açılmış qarın, iki dəfə setka qoyulmuş ( inləyən, onley) qarında iş görmək nə deməkdir həmkarlarım bilir. Çox böyük əziyyət və risk ilə bütün bitişmələri açdıq. Bu zaman köhnə qoyulmuş setkaları da çıxartdıq. Həmin zaman istifadə olunmuş inley mesh ilə nazik bağırsaqlar arasında ciddi bitişmələrdən dolayı iki yerdə bağırsaq ilgəklərini rezeksiya edəsi olduq. Bütün bitişmələri açdıq, bağırsaq ilgəklərini tam açdıq, sərbəstləşdirdik, anastamozları qoyduq. Təkrari dual meş ( bu setkalar çox bahadır və bağırsaqlar ilə bitişmələr yaratmır.) inley qarının ön divarına fiksasiya edildi. Sintetik setka isə onley apanevrozun üzərinə fiksasiya edildi. Həm qarın boşluğu, həmdə dərialtı nahiyyə drenləşdirildi. Drenajlar 7-10 gün saxlanıldı. Əməliyyat çox uğurla yekunlaşdı. Şükürlər olsun bu gün xəstəmiz də biz də alınmış nəticədən məmnunuq. Yırtıq cərrahiyyəsinin özünəməxsus incəlikləri vardır. Bu incəliklər nəzərə alındıqda, həm həkim tərəfindən, həm də xəstə tərəfindən nəticələr ürəkaçan olur. Bütün xəstələrə şəfa diləyirəm. Sizdə və ya yaxınlarınızda qarın yırtıqları varsa tam əminliklə bizə müraciət edə bilərsiniz. 👆👆