У нас вы можете посмотреть бесплатно Tanrı Azərbaycanı qorusun! или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyi üzvlərinin 24 nəfər əməkdaşı İkinci Qarabağ müharibəsində Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmışdır. Onların hər biri bizim üçün bir ömür, bir ailə və bir qəhrəmanlıq tarixidir. Bu gün birliyin üzvlərinin müəssisələrində çalışan 1 095 nəfər əməkdaş İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Qazilərimiz döyüş meydanında müharibənin ağırlığını çiyinlərində daşıdıqları kimi, bu gün də əmək fəaliyyəti ilə Vətənə xidmət etməyə davam edirlər. Təəssüf ki, döyüşlər zamanı aldıqları ağır xəsarətlər səbəbindən 630 nəfər əməkdaş artıq əmək fəaliyyətini davam etdirə bilmir. Onlar itirdikləri sağlamlıq bahasına hamımızın əbədi hörmətini və minnətdarlığını qazanmış insanlardır. Birlik üzvləri tərəfindən müharibə zamanı şəhid olmuş və ya yaralanmış 200-dən çox döyüşçünün ailəsinə mütəmadi və ardıcıl şəkildə sosial dəstək göstərilir. Bu dəstək ailələrin maddi təminatını, sosial rifahını və mənəvi qayğısını əhatə edən davamlı yanaşmaya əsaslanır. Ümumiyyətlə, üzvlərimizin fəaliyyəti nəticəsində 1000-dən çox şəhid ailəsi və 2000-dən artıq şəhid övladı uzunmüddətli sosial qayğı və diqqət ilə əhatə olunmuşdur. Tanrı Azərbaycanı qorusun! 🇦🇿