У нас вы можете посмотреть бесплатно GÜNEY AZƏRBAYCAN TÜRKLƏRINƏ DƏSTƏK OLMALI или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Dünya Azərbaycanlıları Konqresi "İranda son ictimai-siyasi durum" mövzusunda dəyirmi masa keçirib. DAK sədri Sabir Rüstəmxanlı inqilablarla müşaiyət edilən "ərəb baharı"nın Suriyada təkrarlanması və İrana yaxınlaşmasının Azərbaycan ictimaiyyətində narahatlıqlar yaratdığını deyib. Orta Doğu regionunda baş verənlərə Rusiya Federasiyası və İranın Qərbin bu bölgədə hakimiyyəti ələ alması, proseslərin demokratiya ilə əlaqəsi olmaması, Qərbin isə regiondakı avtoritar rejimlərə terror mənbəyi kimi baxdığını söyləyib. Natiqlər bu vəziyyətdə, yəni İran-Qərb qarşıdurmasında İranda yaşayan 40 milyona yaxın azərbaycanlının gələcək taleyi ilə bağlı narahatlıqlarını ifadə ediblər. İranın din pərdəsi altında Azərbaycan dövlətçiliyinə qarşı təxribatlara əl atdığı qeyd olunub. Yazar Rafiq Tağının qətlə yetirilməsilə bağlı fətvanın İrandan verilməsini İran ayətüllahının təsdiq etməsi bu ölkənin Azərbaycana qarşı təxribatı kimi dəyərləndirilib. İrandakı bütün saytların rəsmi Tehranın anti-Azərbaycan siyasətində alət olduğu qeyd edilib. Güney Azərbaycan türklərinin azadlıq əldə etmələri üçün rəsmi Bakının Qərbi dəstəkləməli olduğu önə çəkilib. Çıxışçılara görə, rəsmi Bakının mövqeyindən asılı olmayaraq Qərb İrana hücum etməyi nəzərdə tutursa, bunu edəcək. Ən azı rəsmi Bakı Güney Azərbaycan türklərinin İranda insan haqlarından məhrum olmasını bütün dünyaya çatdırmalıdır. İran hakimiyyətinin yuxarı pilləsindəki daxili qarşıdumanın Güney Azərbaycan türklərinin azadlığı üçün əlverişli fürsət yaratdığı dilə gətirilib. "Demokrat" partiyasının sədri Sərdar Calaloğlu deyilənləri təkcə Orta Şərqdə baş verən hadisələr kimi dəyərləndirməyib, onlara Avropadakı iqtisadi tənəzzüldən yaranan böhranın tərkib hissəsi kimi yanaşıb. Bu hadisələr "dünyanın yeni siyasi mənzərəsi" adlandırılıb. Qərbin İranın parçalanmasını istəmədyi də deyilib. Güney Azərbaycan türklərinin insani, milli, mədəni haqları uğrunda mübarizəni davamlı aparmaqla dünyanın diqqətini özünə çəkməsi yüksək dəyərləndirilib. Milli azadlığa gedən yolun məhz bu mübarizədən keçdiyi xatırladılıb.