У нас вы можете посмотреть бесплатно Sən demə yoğun bağırsaq xərçəngi müalicə olunur! или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Dr. Elşən Qədimov Facebook: / dr.elshan83 İnstaqram: dr.elshan.qedimov Tel: 050 458 66 57 Yoğun bağırsaq xərçənginin əlamətləri · Xəstəliyin neqativ xüsusiyyətlərindən biri uzun müddət heç bir əlamət vermədən mövcud ola bilməsidir. Əlamətlər o zaman meydana çıxır ki, xərçəng müəyyən ölçü və lokalizasiyaya malik olsun. Yoğun bağırsaq xərçənginin əsas əlamətləri aşağıdakılardır: · Bağırsaq funksiyasında dəyişikliklərin əmələ gəlməsi. Bu özünü həm ishal, həm də qəbzlik kimi göstərə bilər. Bir neçə həftə ərzində nəcisin konsistensiyasında yaranan dəyişiklik narahatçılığa səbəb olan faktor olmalıdır. · Düz bağırsaqda qanaxma və ya nəcisdə gizli qan · Qarında davamlı narahatçılıq. Bunlara sancılar, qaz və ya ağrılar aid edilə bilər · Bağırsaqların tam boşalmaması hissi · Zəiflik və yorğunluq · İzah edilə bilməyən arıqlama Nəcisdə qanın olması xərçəngin əlamətlərindən biri ola bilər. Amma nəzərə alın ki, bu əlamət digər səbəblərlə də bağlı ola bilər. Ən düzgün səbəbi siz həkimin nəzarəti altında lazımı müayinələri keçməklə müəyyən edə bilərsiniz. Nəcis üzərində müəyyən etdiyiniz al qan ləkələri adətən babasil və ya anal dəlikdə yaranan çatlardan qaynaqlanır. Bəzi qidalar, məsələn, qırmızı kök, biyan kökü nəcisin rəngini qırmızıya çevirə bilər. Bəzi dəmir əlavələri və ishal əleyhinə dərman maddələri nəcisin rəngini tündləşdirə bilər. Bütün bunlara baxmayaraq nəcisdə qan izlərinə şübhə yaranan kimi mütləq həkimlə əlaqə yaradın və onun hər hansı ciddi bir səbəbdən olmasını inkar edin.