У нас вы можете посмотреть бесплатно ALLAHA DOĞRU | AYƏTULLAH MİSBAH YƏZDİ | AUDİO KİTAB или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#Diniaudiokitab #dinikitab #audiokitab ALLAHA DOĞRU | AYƏTULLAH MİSBAH YƏZDİ | AUDİO KİTAB Varlıq aləmində ən qəribə və ən maraqlı dastan «İnsan dastanı»dır. Allah-taala insana elə bir iste’dad əta edib ki, bunun vasitəsi ilə insan Allahın xəlifəsi və mələklərin məscudu olmaq məqamına yüksələ bilər. Allahın insanı «ən gözəl surətdə» yaratması və onun başına «kəramət tacı» qoyması Yaradan tərəfindən insana əta olunan ən böyük şərafətdir. Təkamül yolunda insan Allah-təlaya yaxın məqama ucala bilir və Allah ona “ey arxayın olan kəs” deyə xitab edərək cənnət qapılarını onun üzünə açır. Amma həmin bu ali xilqət bə`zən süqut edərək ən alçaq varlığa çevrilir. O, bə`zən heyvan, hətta heyvandan da alçaq məqama enərək elə bir fəlakətə düçar olur ki, onun haqqında buyurulur: “Allah yanında yer üzündəki canlıların ən pisi düşünməyən karlar və lallardır.” Bəs həmin yüksəliş və süqutun sirri nədir? Necə olur ki vahid bir mövcud bir-birinə zidd olan iki yol ayrıcında dayanır? İnsanlıq pöhrəsini çiçəkləndirən, eyni zamanda yandırıb külə döndərən nədir? Əlinizdəki kitabda yuxarıdakı suallara cavab verməyə sə`y göstərilmişdir. Bu kitab fəzilət sahibi, fəqih tanınmış filosof həzrət Ayətullah Məhəmməd Təqi Misbah Yəzdinin əxlaq dərslərinin məcmusudur. Belə bir kitabın tərtibində bizə yardım göstərdiyi üçün Allaha şükr edirik. Bu işdə Məhəmməd Mehdi Nadirinin xüsusi fəaliyyəti olub. Bu kitabı çap etməklə kiçik də olsa İslama xidmət göstərib savab qazanacağımıza ümid edirik. 🇦🇿 Bu kanalda siz Azərbaycan dilində səsləndirilmiş dini audio kitabları dinləyə və yükləyə bilərsiz. 📢 Dinləyin, abunə olun və paylaşın ki, digərləri də faydalansın. 🇹🇷 🇷🇺 Həmçinin rus və türk dillərində də kanallarımız mövcuddur.