У нас вы можете посмотреть бесплатно Şəkidə faciə | Qızılca daha bir can aldı или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Şəkidə faciə | Qızılca daha bir can aldı Yanvarın 5-dən 6-na keçən gecə Şəkinin Sarıca kənd sakini, 6 yaşlı Yusif Məmişov müalicə olunduğu Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində dünyasını dəyişib. Azyaşlının yaxınlarının şifahi olaraq dediyinə görə, Yusif və 3 yaşlı qardaşı Əlidə bir həftə əvvəl öskürək, yüksək hərarət, halsızlıq və tərləmə əlamətləri olub. Hər iki uşaqla bağlı yanvarın 3-də Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə müraciət edilib. Xəstəxanaya daxil olarkən Yusifin vəziyyəti ağır olub. O, Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Yanvarın 5-də isə vəziyyəti ağırlaşıb. Xəstəxanadan bildirilib ki, pnevmoniya ilə ağırlaşmış qızılca diaqnozu qoyulan azyaşlı gecə saatlarında intubasiya olunaraq süni tənəffüs aparatına qoşulub, bütün reanimasyon və intensiv terapiya tədbirlərinə baxmayaraq, Yusif yanvarın 6-sı saat 05:50 radələrində ağciyər-ürək çatışmazlığından dünyasını dəyişib. Yusifin 3 yaşlı qardaşına gəlincə isə Əli də əvvəlcə Şəki Rayon Mərkəzi Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Lakin valideynləri müalicədən imtina edərək onu şöbədən çıxarıb yenidən Təcili yardım bölməsinə gətiriblər. Oradan isə təcili yardım briqadası ilə Bakıdakı tibb müəssisəsinə təxliyə olunub. Valideynlərinin qeyd etdiyinə görə, hər iki uşaqda allergiya olduğundan və bir neçə dəfə müalicə aldıqlarına görə qızılcaya qarşı peyvənd olunmayıblar. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... Arzunun vaxtı ↵ • ARZUNUN VAXTI Qapqara ↵ • QAPQARA Aydın tarix ↵ • AYDIN TARİX ❂❂❂❂❂ • Baku TV azad edilən Aqşin və Hüseynin həyə... • Əsir hərbçilərimiz Ermənistandan Azərbayca... • Azad edilən Aqşinin ailəsinə qovuşma görün... Şəkidə faciə | Qızılca daha bir can aldı https://t.me/bakutvxeber / baku.tv / bakutvofficial https://www.baku.tv 2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #Şəki #qızılca #hadisə #xəstəlik #bakutv #azerbaycan #trend #sonxeber #xeber #haber #news #sondakika #новости #bakutvxeber #bakutvxəbərlər