У нас вы можете посмотреть бесплатно Arvadı ilə 55 il nikahsız yaşayan, qızının dəfninə getməyən İslam Rzayev или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#1000production #birivaridi #islamrzayev Azərbaycan xanəndəlik sənətində ciddi rəqabət olduğu zamanda səhnəyə gəldi, özü kimi sevildi, seçildi... Biri var idi, öz övladı yaşamasa da, başqalarının övladına illərlə atalıq edən Xalq artisti İslam Rzayev... Foto İslam Tapdıq oğlu Rzayev 11 noyabr 1934-cü ildə Füzulinin Sərdarlı kəndində dünyaya gəlib. Ailədə iki bacı, bir qardaş olublar. Atası II Dünya müharibəsinə yollanır və geri qayıtmır. Anası Nabat xanım üç uşağı tək böyütmək məcburiyyətində qalır. İslam Rzayev xatirələrində deyir ki, sonralar qastrola getdiyi ölkələrdə geri qayıtmayan atasını axtarırmış. Musiqiyə uşaq yaşlarından marağı olan İslam Rzayevin səsini ilk dəfə kəşf edən bibisi Nisə xanım olur. Nisə xanım öz dövründə təşkilatçılığı, müasirliyi ilə seçilən qadınlarından olub. Günlərin birində bibisi onu Seyid Şuşinskinin yanına aparır. Seyid Şuşinski onun səsinə qulaq asandan sonra məsləhət görür ki, İslam Bakıda musiqi təhsili alsın. İslam Rzayev müsahibələrində bu haqda deyir: "İn¬di¬ki ki¬mi ya¬dım¬da¬dır, us¬tad dəh¬liz¬də otu¬rub qəl¬yan çə¬kir¬di. Qa¬ba¬ğın¬da çay. Ya-xın¬la¬şan¬da dur¬du aya¬ğa. Mən də bil¬mi¬rəm bu kim¬dir. Sən de¬mə o, Se¬yid Şu¬şinski imiş... Üzü¬nü ma¬ma¬ma tu¬tub çox bö¬yük hör¬mət¬lə "ay Ni¬sə xa¬nım, xoş gəl¬mi¬si¬niz. Siz ha¬ra, bu¬ra ha¬ra? Nə yax¬şı gəl¬mi¬si¬niz..." - de¬yə gö¬rüş¬dü. Bun¬lar çox meh¬ri¬ban hal-əh¬val tut¬du¬lar. Otur¬duq, bi¬zə də çay gə¬tir¬di¬lər. Or¬dan-bur¬dan, xü¬su¬si¬lə də o vaxt ma¬ma¬mın mil¬li ge¬yim¬də ki¬şi¬lə¬rə qo¬şu¬lub cı¬dı¬ra çıx¬ma¬ğın¬dan, at çap¬ma¬ğın-dan, ki¬şi¬lə¬ri ötmə¬yin¬dən da¬nış¬dı¬lar. Xey¬li söh¬bət¬dən son¬ra ağ¬saq¬qal üzü¬nü mə¬nə tu¬tub de¬di: "Oğ¬lum, ça¬yı¬nı iç". Son¬ra¬lar ba¬şa düş¬düm ki, o, mə¬ni oxu¬da¬caqmış, ona gö¬rə də bo-ğa¬zı¬mı yaş¬la¬ma¬ğı¬mı is¬tə¬yir¬miş. Mən "Tel na¬ziy"i oxu¬yan¬da, eti¬raz et¬di ki, bu¬ra çox aşa¬ğı¬dır, zil¬dən oxu. Dər¬hal da çox zil¬dən bir zən¬gü¬lə vur¬du. Mən də o də¬qi¬qə onun sə¬si¬ni tut¬dum. Or¬dan baş¬la¬yıb bir bənd "Tel na¬zik" oxu¬dum, sax¬la¬dı və bəs-dir, de¬di. Bir hal¬da ki, mə¬nim tut¬du¬ğum no¬tu mə¬nim ağ¬zım¬dan al¬dın, tut¬dun ha, ki¬fa¬yət¬dir. De¬di ki, Ni¬sə xa¬nım, bu uşa¬ğı iyu¬lun 25-i, 26-sı gö¬tür, gəl Ba¬kı¬ya. Bu¬nun yax¬şı sə¬si var, qə¬bul elət¬di¬rək mə¬nim sin¬fi¬mə". Bundan sonra İslam Rzayev peşəkar musiqi təhsilini Bakıda Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda Seyid Şuşinskinin sinfində muğam dəstgahlarını öyrənərək alır. O, həmçinin Zülfü Adıgözəlovdan və Həqiqət Rzayevadan muğam dərsləri alaraq sənətini təkmilləşdirir. 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirir. O, xarici ölkələrdə konsert verən ilk müğənnilərimizdən biri olub. İslam Rzayev pedaqoji fəaliyyətlə də məşğul olub. 120-dən çox ifaçı yetişdirib. Xanəndənin gözəl səsi olsa da, heç vaxt opera sahəsində çalışmayıb. O, özü bu haqda xatirələrində deyirdi: "Ope¬ra¬nı o vaxt heç kim sev¬mir¬di, in¬di se¬vir¬lər. Ona gö¬rə im¬ti¬na et¬miş¬dim ki, mən ope¬ra oxu¬ya¬n ol¬ma¬yım. Çün¬ki, mən açıq de¬yi¬rəm, ge¬dib ope¬ra¬da oxu¬yan¬lar, 2-3 il¬dən son¬ra dəb¬dən dü¬şür¬dü¬lər. Ca¬ma¬a¬tın on¬la¬rı gö-rən gö¬zü ol¬mur¬du. Bu fik¬rə gö¬rə mən ope¬ra¬ya so¬list get¬mə¬dim. Mə¬ni ça¬ğır¬mış¬dı¬lar ki, gəl Zey¬nəb¬lə bir yer¬də - Məc¬nu¬nu oy¬na. Yə¬ni, "siz¬dən bir az pul qa¬za¬naq". Hə-mi¬şə gənc oxu¬yan¬la¬ra eh¬ti¬yac çox olur. O mə¬na¬da mə¬ni Zey¬nəb¬lə oxu¬ma¬ğa də¬vət et¬miş¬di¬lər. Mən get¬mə¬dim, im¬ti¬na elə¬dim". Se¬yid Şu¬şinski¬dən 17 də¬nə mu¬ğam dəstga¬hı öy¬rənən xanəndə İslam Rzayev 1970-ci illərdə Leyla adlı xanımla ailə qurur. Onun bu evlilikdən Pərvanə adlı qızı dünyaya gəlir. Lakin, bu evlilik uğurlu olunmur. Xanəndə həyat yoldaşından ayrılır. Başqa qadınla yaşamağa başlayır. Qızı üç yaşında olarkən dünyasını dəyişir. İslam qızının dəfninə getmir. Daha sonra Tamara adlı xanımla ailə qurur. Lakin, xanımın ailəsi bu evliliyə qarşı olur. Ona görə də onlar ömürlərinin sonuna kimi 55 il nikahsız yaşayıblar. Onların heç bir zaman övladı olmur. İslam Rzayev Tamara xanımın əvvəlki həyat yoldaşından olan uşaqlarına atalıq edir. Onları öz balası kimi böyüdür. Uşaqlar da ona ata deyirlər. Sənət aləmində də hamı Tamara xanımla onu ər-arvad bilir, bütün məclislərə qoşa gedirlər. İslam ağır xəstə yatdığı vaxtlarda Tamara xanım onun yanından ayrılmayıb. İyirmi ilə yaxın Muğam teatrının rəhbəri olan İslam Rzayev əsasən kasıb, imkanı olmayan ailələrin səsi yaxşı olan uşaqlarını irəli çəkir, onların səhnəyə çıxmasında rol oynayır. Onun bacısının həyat yoldaşı erkən dünyasını dəyişir. Müğənni bacısının 6 uşağını öz himayəsinə götürərək onlara atalıq edir. Ömrünün son illərində İslam Rzayev şəkər xəstəliyindən əziyyət çəkir, insult keçirir. Xanəndə 26 yanvar 2008-ci ildə Bakı şəhərində vəfat edir.