У нас вы можете посмотреть бесплатно Doğru İman Bilgiləri -Qurani-Kərimi Hər Kəs Anlaya Bilməz или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
https://www.gozelislam.com/qurani-kerim/20... https://www.gozelislam.com https://www.namazvaxti.org/ Sual: Qurani-Kərimi hər kəs başa düşə bilərmi, yoxsa Rəsulullah əfəndimizin açıqlaması şərtdimi? Cavab: Qurani-Kərimi tam olaraq ancaq Rəsulullah anlamışdır. Çünki ünsiyyətdə olduğu Odur, Quran Ona gəlmişdir. Ondan başqası tam başa düşə bilməz. Onun üçün Allahu təala buyurur ki: “İnsanlara açıqlamağın üçün Quranı sənə endirdik”. [Nəhl surəsi 44]. Açıqlamaq, ayəti-kərimələri başqa kəlimələrlə və başqa şəkildə izah etmək deməkdir. Bizlər bir tərəfə, ümmətin alimləri də, ayələri anlaya və qapalı olanları açıqlaya bilsəydilər, Allahu təala Peyğəmbərinə sənə vəhy olunanları təbliğ et deyib, izah etməsini əmr etməzdi. Bu və buna bənzəyən ayələrə baxmayaraq, “Rəsulullah Quranı gətirməklə vəzifəsini icra etmişdir, o bir poçtalyon idi” deyən mezhebsizlər vardır. Əshabi-Kiram, ana dilləri ərəbcə olduğu halda, bəzi ayələri başa düşməyib, Peyğəmbər əfəndimizdən soruşardılar. Rəsulullah, Qurani-kərimin təfsirini Əshabına bildirmişdir. Əshabı-kiramın bildirdiyinin əksini deyənlər zəlalətə, hətta küfrə düşər. Təfsir, şərhə deyil, nəqlə istinad edir. Məhəmməd Məsum Faruqi həzrətləri buyurur ki: Bir gün Peyğəmbər əfəndimiz, həzrəti Əbu Bəkrə incə mərifətləri, onun səviyyəsinə görə izah edirdi. Yanlarına Həzrəti Ömər gəldiyi zaman, danışıq üslubunu onun da anlaya biləcəyi şəkildə dəyişdirdi. Həzrəti Osman gəldiyi zaman yenə danışıq tərzini dəyişdirdi. Həzrəti Əli də gələn vaxt danışığını hamısının anlaya biləcəyi tərzdə dəyişdirdi. Rəsulullahın hər dəfə danışıq üslubunu dəyişdirməsi, oradakı şəxslərin istedadlarının fərqli olmasından meydana gəlmişdir. (1/59) Hədisi-şəriflərdə, “Məndən sonra Peyğəmbər gəlsəydi, Ömər olardı”, “Osmanın şəfaəti ilə Cəhənnəmlik 70 min insan sorğusuz Cənnətə gedəcək” və “Mən elmin şəhəriyəm, Əli isə qapısıdır” buyuruldu. Hər üçü də bu dərəcə yüksək olduğu və ərəbcə çox yaxşı bildiyi halda, Həzrəti Əbu Bəkrə izah edilən təfsiri başa düşə bilmədilər. Çünki Peyğəmbər əfəndimiz hər kəsə dərəcəsinə görə izah edirdi. İki hədisi-şərifin məalı: “İnsanlara ağıllarına, anlayışlarına görə deyin ki, inkar edən olmasın, Allahı və Rəsulunu yalanlamasınlar”. [Buhari] “Ağlın dərk edə bilməyəcəyi şeyi demək, fitnəyə səbəb ola bilər”. [İbni Asakir] Öz ağlına görə təfsir etməyin böyük zərərini yaxşı bilən Həzrəti Əbu Bəkir, “Qurani-kərimi öz fikrimə görə təfsir etməyə cəhd etsəm, məni hansı yer daşıyar, hansı göy kölgələyər” buyurmuşdur. (Şira) Qurani-kərimi ərəbcə bilən də tam anlaya bilməz. Dili bilmək ayrı, elm bilmək ayrıdır. Türkcə bilən, tibb, hüquq, fən bilgisini anlaya bilərmi? Hədisi-şərifdə, “Quran Allahın mətn ipidir. Mənalarının hamısı başa düşülməz” buyuruldu. Qurani-kərim çox yığcam olub, bitməz tükənməz mənalarının olduğu, bütün mənaları bildirilsə belə, yazmaq üçün kağız və mürəkkəbin çatmayacağı belə bildirilmişdir: “De ki, Rəbbimin [hikmətli] sözləri üçün dənizlər mürəkküb olsa, bir o qədər də dəniz əlavə edilsə, dənizlər tükənər, Rəbbimin sözləri tükənməz”. [Kəhf 109] Məvdual-ül-ulumda deyilir ki: “Quran elmi, içində heyrət verəcək, ağılları alacaq, saysız-hesabsız qəribə hallar mövcud olan ümman bir dənizdir. Ondakı hər elmi öyrənmək, sirrini əldə etmək mümkünsüzdür”. İnsanların yazdığı konstitusiyanı anlamaq üçün hüquqşünaslara müraciət edilir. Bir qanunu belə hər kəs eyni cürə başa düşə bilmədiyi halda, Allahın kəlamını necə anlaya bilər?